Bia.Az

Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər saxlanılıb

Cəmiyyət
 14-12-2023, 20:26     250

Bu il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfər müəyyən edilib.

Musavat.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.

Qeyd edilib ki, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi həyata keçirilib.скачать dle 12.1