Bia.Az

Məşhur müəllim qaz vurub, qazan doldurur - "Embawood" MMC-nin Lənkərandakı filialında NƏ BAŞ VERİR

Cəmiyyət
 14-12-2023, 10:29     650

"Embawood" MMC—nin Lənkərandakı filialında Məşhur Məmmədovun “Qreys” gənc dəstində məşhur fırıldaqçılığı aşkara çıxdı

Istəkli oxucularımız! Günlərin bir günündə telefon əlaqəsi vasitəsi ilə mənə xəbər verdilər ki. "Embawood" MMC-nin Lənkəran şəhərindəki mağazasında çalışan Lalə adlı xanım xəbər tutur ki, Lənkəran şəhəri Vassab küçəsi ev 23 ünvanında yaşayan Səmədova Ülviyyə Mürüvvət qızı onların mağazasından “Qreys” gənc dəsti almaq fikrindədir. Mağazanın satıcısı Lalə xanım tez-tez Ülviyyə xanıma zəng edib bu dəst barəsində müxtəlif məlumatlar verir və həmin dəsti almasını məsləhət görür. Beləliklə, günlərin bir günündə Lalə xanım nəhayət ki, Ülviyyəni mebel almağa razı salır.

Ülviyyə xanım böyük həvəslə həmin mağazaya gedir və yuxarıda adı göstəruilən mebel dəstini almaq üçün lazım olan sənədləri mağazaya necə sərf edirsə, eləcə də imzalayır. Bundan sonra mağaza necə lazımdırsa elə də hərəkətə başlayır. Onların imzaladıqları sənədə əsasən, mağaza həmin dəsti 24 saat ərzində şəkildə göründüyü qaydada tam olaraq, Ülviyyə xanıma təhvil verməli idilər. Lakin 29 noyabr 2023-cü ildən bu günə qədər Ülviyyə xanım hələ ki, həmin dəsti tam olaraq ala bilməmişdir. Belə ki, təxminən 2 həftəyə həmin mağaza adı çəkilən mebel dəstinin şəkildə göründüyü kimi sadəcə dəstin quru fiqurasını Ülviyyəyə təhvil vermişdir. Lakin bu dəstin çarpayılarında müxtəlif problemlər meydana çıxdığından Ülviyyə xanım yalnız  həmin çarpayıların quru fiqurlarına baxmaqla kifayətlənməli olmuşdur. Belə ki, dəstin çarpayılarında əməlli-başlı problemlər meydana çıxmışdır. Yəni, göndərilən bu çarpayılar yatmaq üçün deyil kənardan durub, həmin çarpayılara həsədlə baxmaq üçün satılıbmış.

Belə ki, həmin çarpayıların döşəklərinin üstündə uzanmaq mümkün olmamışdır. Çünki, Ülviyyə xanımın həmin çarpayıda istirahət etməsi üçün çarpayının döşəyi altındakı "qabırğa" deyilən xüsusi taxta fiquru dəstin içərisindən çıxmamışdır. Həmin "qabırğa" adlanan xüsusi hissəni əldə etməkdən ötrü Ülviyyə xanəm məcbur olub, əlavə olaraq 135 manat da mağazaya ödəməli olmuşdur. İş hələ bununla kifayətlənməyir. Çarpayının aşağı hissəsində yerləşən və paltar yığmaq üçün nəzərdə tutulan yeşilklərin heç birinin alt taxtaları dəstin içərisindən çıxmadığından Ülviyyə xanım bu gün də həmin dəsti tam olaraq alıb başa çıxmamışdır. Müqavilədə isə dəst bütün detalları ilə birlikdə alıcıya catdırılmalı idi. Həmin taxtaları almaq üçün indi mağaza Ülviyyədən əlavə olaraq, hər bir taxta üçün 60 manat pul tələb edir.

Qeyd edək ki, mağazanın  tərtib etdiyi müqavilə və  qiymətlər cədvəli çox böyük ustalıqla tərtib edildiyindən, bu mağazanın eləcə də bu MMC-nin fırıldağından heç cin də baş aça bilməzdi. Belə ki, qiymətlər cədvəlində satılan məhsulların adları qeyd olunmayıb. Bu cədvəldə məhsulların satıldığı tarix, ödənilən məbləğ, əsas borc, faiz, qalıq qeyd olunub. Alıcı bu pulları hansı məqsədlə mağazaya odəməsi barəsində heç bir məlumat yoxdur. Alınan məshulların adlarının qiymətlər cədvəlində olmamasından və Ülviyyə xanımın savadsızlığından məharətlə istifadə edən mağaza çox böyük ustalıqla Ülviyyə xanımı aldatmağa nail olmuşdur.

PS:  Biz məsələni araşdirmaq üçün EMBAWOOD şirkətinin internetdə qeyd olunan 012 436 74 10  telefon nömrəsilə əlaqə saxlamaq istədik. Ancaq, təəssüflər olsun ki, 3 dəfə bu nömrəyə zəngimiz zamanı bizə məlum oldu ki, bu nömrə bizim hörmətli millət vəkilimiz Məşhur Məmmədovun fırıldaq vasitəsi ilə hər zəngdən 8 qəpik qazanması üçünmüş. Belə ki, zəngə robot cavab verir. Haraya zəng olunmasını qeyd edir, əlavə olaraq, daxili nömrəni bilirsinizsə zəng edin, əks halda operatorun cavabını gözləyin, deyib, təxminən 40 saniyədən sonra 8 qəpiyimizi Məşhur müəllimin hesabına yazır. Düzdür, satıcı Lalə xanımla da əlaqə saxladıq. Ancaq Lalə xanım bizi də ilk öncə Ülviyyə bilib, aldatmaq fikrinə düşdü. Bütün yazdıqlarımıza əsasən, görəsən həmin mağaza Ülviyyə xanımdan fırıldaq yolu ilə aldığı 135 manatı və çarpayının yesiklərinin taxtalarını nəvaxtı sahibinə verəcəkdir. Yəqin ki, bizim bərkgedən Millət Vəkilimiz bu məsələyə biganə qalmayacaqdır.

Baloğlan Mirzəli,

BİA.az







скачать dle 12.1