Bia.Az

"Bakı gölə çevrildi, bizə qayıq verin!" - paytaxta yağış yağdı, sakinlər OD PÜSKÜRDÜ

Cəmiyyət
 13-12-2023, 20:15     328

Uzun illərdir Bakının həllini gözləyən problemlərindən biri də hər dəfə yağış, qar yağanda paytaxtın bir çox küçələrini, prospektlərini su basmasıdır.

Son iki gündə paytaxta bir qədər yağış yağdı, nəticədə Binəqədi, Nəsimi rayonlarında acınacaqlı mənzərə yarandı – küçələr, qəsəbələri su basdı.

Mütəxəssislər deyir ki, bu, kanalizasiya sisteminin tikinti şirkətləri tərəfindən bərbad hala salınması ilə bağlıdır. Belə ki, əksər hissələrdə kanalizasiya sistemi normadan bir neçə dəfə artıq yüklənir. Bəzi yerlərdə isə ümumi kollektora çıxış belə olmadığı iddia olunur.

Bəs yağış yağan kimi Bakını niyə su basır? Bu problemi aradan qaldırmaq niyə mümkün olmur?

Məsələ ilə bağlı TV Müsavat-ın əməkdaşları reportaj hazırlayıb.

Həmin videoreportajı təqdim edirik:
скачать dle 12.1