Bia.Az

Bakıda körpü çöküb? - AAYDA aydınlıq gətirdi

Cəmiyyət
 13-12-2023, 11:55     376

Bakıda körpünün üzərində asfalt-beton örtüyünün aşınması nəticəsində yaranan problemin aradan qaldırlması üçün işlər görülür.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, Əbdülvahab Salamzadə küçəsi ilə Tiflis prospektinin kəsişməsində yol ötürücülərində temperatur şovu üzərində yerləşən asfalt-beton örtüyündə yağışa görə aşınma yaranıb:

"Hadisə gecə saatlarında intensiv hərəkət zamanı baş verib. Agentliyin əməkdaşları hadisə yerinə cəlb olunublar və problem aradan qaldırılacaq. Sosial şəbəkələrdə və xəbər saytlarında belə bir məlumat yayılıb ki, körpüdə çökmə yaranıb. Körpüdə problem yoxdur, sadəcə asfalt-beton örtüyünün aşınma qatının dağılması müşahidə olunur".

Onun sözlərinə görə, sözügedən ərazidə aşınma problemi qısa müddətdə aradan qaldırılacaqскачать dle 12.1