Bia.Az

Bayram ərəfəsində süni qiymət artımı (SƏBƏB)

Cəmiyyət
 11-12-2023, 16:09     313

"Azərbaycanda hər bayramda bahalaşma müşahidə edilir". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Ekspert bildirib ki, Avropa, Türkiyədə bayram ərəfəsində qiymətlər ucuzlaşanda Azərbaycanda bahalaşma prosesi gedir:

"Nə qədər ki, inhisarçılığa son qoyulmayıb, bu proses davam edəcək. Hazırda yeni ilə çox az qalıb. Bütün sahələrdə, o cümlədən də turizm sektorunda canlanma yaranıb. Alış-veriş məkanlarında dövriyyə artmaqdadır. Yeni illə bağlı oyuncaqlar, yolkalar, geyimlər və s. sahələrdə dövriyyə artmaqdadır. Bu proses bayrama qədər davam edəcək".

v

Akif Nəsirli qeyd edib ki, hansı sahələrdə dövriyyə artırsa, orada qiymət bahalaşması gözləniləndir: 

"Rəqabətli bazardan fərlqi olaraq inhisarçı bazarların mahiyyəti bu cürdür. Lakin rəqabətli bazarda dövriyyə artıqca sahibkarın qazancı çoxalır və rəqibi üzərində üstünlük əldə edə bilmək üçün qazancının bir hissəsindən keçərək qiymətləri aşağı salır. İnhisarçı bazarda isə rəqib olmadığına görə dövriyyə artıqca öz qazancını artırmaq üçün qiymətləri bahalaşdırırlar".
скачать dle 12.1