Bia.Az

“Xadimə” təyin olunan Qarabağ qazisinə qarşı kampaniya başladı – FOTOFAKTLAR

Cəmiyyət
 11-12-2023, 13:20     336

Xəbər verdiyimiz kimi, ali təhsilli, ikinci qrup əlil, çoxsaylı medallarla təltif olunmuş Vətən müharibəsinin iştirakçısı orta məktəbdə xadimə “vəzifə”sinə təyin olunub.

Məsələni millət vəkili Fəzail Ağamalı ictimailəşdirilib. Deputat Salyan rayonunun Yenikənd kəndində görüş zamanı bu haqda Vətən müharibəsinin iştirakçısı, çoxsaylı medallarla təltif olunan, ikinci qrup əlil, Salyan rayonunun Kərimbəyli kənd sakini, ali təhsilli, ADPU -nun Psixologiya ixtisası üzrə məzun İbrahim Hüseynov məlumat verib. O, qeyd edib ki, Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin əmri ilə Qarabağlı kənd 1 saylı tam orta məktəbinə xadimə “vəzifə”sinə təyin olunub.
Məsələ ötən gün ictimailəşib. Bundan dərhal sonra Salyan-Şirvan Regional İdarəsinin rəhbərliyi həm deputata, həm də qaziyə qarşı kampaniyaya başlayıblar.
“Xadimə” təyin olunan Qarabağ qazisinə qarşı kampaniya başladı
Salyan-Şirvan Regional İdarəsinin votsap qrupunda F. Ağamalının qazinin bu haqda çıxışı ilə bağlı paylaşdığı videonun linkini paylaşaraq müəllimlərdən tələb olunub ki, idarə rəhbərliyi müdafiə etsinlər. Bundan dərhal sonra F. Ağamalının paylaşımına yüzlərlə şərh yazılıb. Onlar Salyan-Şirvan Regional İdarəsinin rəisi Sənan Məsimlinin hər zaman Qarabağ qazilərinə, şəhid ailələrinə dəstək verən şəxs kimi təqdim etməyə başlayıb və məmura qarşı tənqidlərin əsassız olduğunu bildiriblər.
İbrahim Hüseynov votsap qrupundan ekran görüntüsü paylaşaraq yazıb: “Şirvan-Salyan Regional Təhsil İdarəsi – Emin Məlikov – Eltac Hüseynov bu müəllimləri niyə üstümə qaldırırsız? Dünəndən bəri neçə müəllim zəng edib deyir ki, məcbur edilirik.
Əziz müəllimlər mən sizdən incimirəm qətiyyən. Başa düşürəm sizi. Haqq-ədalət öz yerini tapacaq”.
“Xadimə” təyin olunan Qarabağ qazisinə qarşı kampaniya başladı
Çoxsaylı müəllimlərin deputata qarşı hücuma keçməsinə cavab olaraq F. Ağamalı yenidən həmin videonu sosial şəbəkə hesabında paylaşaraq cavab verməli olub: “Hörmətli Sənan sevərlər!
Seçiminizə hörmətlə yanaşıram. Lütfən bu videoya diqqətlə baxın. Mənə müraciət edən seçicimə sizcə mən necə reaksiya verməli idim?!
Axı mən Sənan Mənsimli ilə telefon açıb danışdım. Bu işdən başqa bir işə keçirilməsinə “yox” cavabı aldıqdan sonra mən nə etməli idim?!!
“Xadimə” təyin olunan Qarabağ qazisinə qarşı kampaniya başladı
“Yeni Sabah”a açıqlama verən İ. Hüseynov bildirib ki, dünəndən idarənin rəhbər şəxsləri tərəfindən ona qarşı “qaralama” kampaniyası başladılıb:
“Salyan-Şiirvan Regional İdarəsinin rəisi Sənan Məsimli və idarə əməkdaşları Eltac Hüseynov, Emin Məlikov təyin olunduğum xadimə vəzifəsindən imtina etdiyim üçün müəllimləri mənə qarşı qaldırırlar.
Mən bu barədə millət vəkili Fəzail Ağamalının seçiciləri ilə görüşü zamanı iradımı deputata bildirdim. Millət vəkili sosial şəbəkə hesabında mənim haqqımda paylaşım edəndən sonra isə sözügedən şəxslər həmin paylaşımın linkini müxtəlif müəllim qruplarında paylaşaraq əleyhimə rəy yazılmasını tələb ediblər. Müəllimlərdən bəziləri hətta özləri mənə yazıb, paylaşımı göndərərək bildirirlər ki, onları bağışlayım, bunu işlərində qalmaq üçün etməyə məcburdurlar”.
Müharibə iştirakçısı bildirir ki, bu məsələ ortaya çıxsa da, ona heç bir aidiyyatı qurumdan müraciət olunmayıb:
“Təhsil qurumlarının heç birindən mənimlə əlaqə saxlayan və bu haqda soruşan olmayıb. Hazırda yenidən müraciət etmək üçün Salyan-Şirvan Regional Təhsil İdarəsinə gedirəm. Mən rəsmi qaydada müraciət etmişəm və şikayətimə baxılmasa, haqlı mübarizəmi davam etdirəcəyəm”.скачать dle 12.1