Bia.Az

Jurnalist Vüsal Kəlbəcərli general-polkovnik Vilayət Eyvazova müraciət etdi

Cəmiyyət
 7-12-2023, 19:08     816

Jurnalist Vüsal Kəlbəcərli BİA.az-a müraciət edərək bu gün saat 16. 40 radələrində Yevlax şəhərində Yevlax şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıdıgını bildirib: "Yevlax şəhər Polis şöbəsinin əməkdaşlarının yanında adını sonradan öyrəndiyim Xəqani adlı şəxs, özünü idmançı kimi tanıdaraq məni təhdid edir ki, "səni asaram, səni kəsərəm". Yevlax şəhər polis əməkdaşları ilə birgə Polis bölməsinə yol alırıq. Polis bölməsinin əməkdaşlarının yanında həmin şəxs əlini cibindən çıxarmadan bildirir ki, "bu polislərin hamısı mənim qardaşlarım və qohumlarımdır. Bunlar mənə heç nə eliyə bilməzlər!" Polis əməkdaşlarının hamısının yanında Xəqaninin dediklərinin səs yazıları da var. Bu şəxs Azərbaycan jurnalistinə polisin yanında təzyiq edir. Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov cənabından xahiş edirəm ki, bu hadisə barəsində ciddi araşdırma aparılmasına göstəriş versin. Həmin şəxsin "qardaşım, dostum" dediyi polis əməkdaşları məsuliyyətə cəlb olunsunlar. Yevlax şəhər Polis Şöbəsi jurnalistə olunan təzyiqlə baglı açıqlama verilsin."скачать dle 12.1