Bia.Az

Səhiyyə Nazirliyi qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ ETDİ

Cəmiyyət
 6-12-2023, 15:39     346

Peyvənd nəticəsində qızılcaya yoluxmanın sayında kifayət qədər azalma olub. Odur ki, peyvənd kifayət qədər effektivdir.

Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.
O xatırladıb ki, Milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb: “Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.скачать dle 12.1