Bia.Az

Bəhram Bağırzadədən sosial şəbəkədə təsirli paylaşım - Foto

Cəmiyyət
 18-07-2020, 17:55     456

Koronavirusdan müalicə alan və yenicə ECMO cihazından ayrılan Əməkdar artist Bəhram Bağırzadə “Instagram”da maraqlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, aktyor uşaqlıq şəklini paylaşaraq, təsirli şərh yazıb:

“İnşallah! 4 sentyabrda doğum günümdür. İndi biri də əlavə olundu – 2 iyul. Allahu-əkbər! Dua edən hər kəsə təşəkkürlər! Davamı olacaq...”.

Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb və ECMO cihazına qoşulub. İyulun 1-də isə Bəhram Bağırzadə ECMO cihazından ayrılıb.

Qeyd edək ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.




BİA.azскачать dle 12.1