Bia.Az

Pediatr: "Peyvəndsiz uşaqlar baxçaya, məktəbə buraxılmasın, dərslər onlayn keçirilsin"

Cəmiyyət
 1-12-2023, 01:27     536

"Epidemioloji vəziyyəti nəzərə alaraq hazırda peyvəndləmə məcburi olmalıdır və önə çəkilməlidir. 1 yaşda olan peyvənd 10 aydan etibarən, 6 yaşdakı peyvənd isə 4 yaşdan edilməlidir".

Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr Aytən İsmayılzadə bildirib. Pediatr qeyd edib ki, 6 yaşı tamam olmamış uşaqlara da ikinci doza tətbiq etmək lazımdır:
"5 yaşlı uşaq da ikinci dozasını almaq istəyərsə əlbəttə poliklinika etiraz edəcək ki, hələ 6 yaş tamam olmayıb. Çünki əllərində olan cədvəldə qayda belədir. Qaydanı dəyişmək vaxtıdır. Çunki beləcə çox sayda uşaq 4-6 yaş arası uşaqlar artıq ikinci dozasını da almış olacaq".
Pediatr həmçinin tövsiyə edib ki, peyvəndsiz uşaqlar kollektivə yəni, baxçaya, məktəbə buraxılmasın. Necə ki, xaricə getmək istəyərkən sizi peyvəndsiz qəbul etmirlər.
Suallar var ki, əgər uşaq məktəbdə kontaktda olubsa, peyvənd etmək olarmı? Əlbəttə xeyr, uşaq evdə qalmalıdır. Heç olmasa 14 gün nəzarət edirik ki, əlamətlərin ilk olanlarını da görə bilək.
Analiz ilə yoxlamağa cəhd etməyin. Çunki analizdən ötrü hara isə getməlisiz. Qızılca sürətlə yayılandır. Ətrafda 15 nəfərə birdən keçə bilir.
Ona görə sinfində xəstəlik olan məktəblərdə dərslər onlayn olmalıdır.
ÜST bildirir ki, 15 yaşına kimi uşaqlara peyvənd vurula bilər. Amma say hesabı buna cavab vermir. Yəni poliklinikalarda həm 6 yaşına kimi, həm də 15 yaşa kimi uşaqlara çatacaq qədər peyvənd olmaya bilər. Deyilənə görə, dekabr əvvəli böyüklər uçun nəzərdə tutulan iki komponentli (qızılca + məxmərək) QM peyvəndi gəlir. 12 yaş üzəri uşaqlara da bundan etdirə bilərsiz".
Pediatr hansı hallarda peyvəndə icazə verilməməsindən də söz açıb:
"Hamiləlik zamanı qızılcaya qarşı peyvənd olmaz. Peyvənd vurulduqdan uç ay sonraya isə hamiləlik planlana bilər. Qızılca əlehinə peyvənd ölü peyvənd deyil deyə, ilk 21 gun ərzində xəstəliyin yüngül əlamətləri də görünə bilər. Həm də qızılca peyvəndi tək deyil. Ora həm də məxmərək və parotit əlehinə peyvəndlər daxildir".скачать dle 12.1