Bia.Az

Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO

Cəmiyyət
 30-11-2023, 01:07     526

Müharibə başlayan ilk gündən Azərbaycan Ukrayna xalqına humanitar yardımlar göstərib.

2023-cü ildə isə enerji mənbələrinin hava hücumlarına məruz qalması səbəbindən yaranan böhran ilə əlaqədar əsasən elektrik avadanlıqları göndərilib.
Rəsmi Bakının bu dəstəyi həm rəsmi dairələr, həm də Ukrayna xalqı tərəfindən yüksək qiymətləndirilir.
Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk göstərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib:
“Bizim bu istiqamətdə Bakı ilə çox yaxşı layihələrimiz var. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri ilə müzakirələr aparırıq. Uşaqların reabilitasiyası ilə bağlı proqramı davam etdirəcəyik. İndiyədək ukraynalı hərbçilərin övladlarından ibarət iki qrupu Azərbaycana göndərmişik. Onların bəziləri kimsəsiz uşaqlardır. Bundan başqa, minatəmizləmə ilə bağlı çox yaxşı layihə həyata keçiririk. Bu, Ukrayna üçün çox vacibdir, çünki hazırda ölkəmizin 200 min kvadratkilometr ərazisi minalanıb”.
Kiyev sakini Vasili Bilan isə Ukrayna xalqının Azərbaycanın köməyini heç vaxt unutmayacağını bildirib:
“Çoxunun etmədiyini Azərbaycan edir. Sabah biz gücləndikdən sonra Azərbaycana yardım göstərəcəyik. Ukrayna xalqı Azərbaycanın köməyini heç vaxt unutmayacaq. Göstərilən yardımlara görə minnətdarıq. Ukraynada elektrik enerjisinin olması da Azərbaycanın yardımının təzahürüdür. Azərbaycan xalqına bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, son günlərdə Kiyevə edilən dron hücumları nəticəsində şəhərdə 75 çoxmənzilli yaşayış evi, 120 müəssisə işıqsız qalmışdı.
Ətraflı Baku TV-nin süjetində:
скачать dle 12.1