Bia.Az

Bu məktəbdə yenə "köhnə hamam, köhnə tas"dır - Adı olub özü olmayan işcilər, şagirdlər, pul yıgımı...

Cəmiyyət
 28-11-2023, 15:10     828

Cəlilabad rayon Göytəpə şəhər sakini Əkbərov Vasif Cannar oğlu BİA.az a müraciət edərək Cəlilabad rayon Göytəpə şəhər Milli Qəhrəman V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbidə baş verən qanunsuzluqlardan şıkayət edir.

 Şikayətci yazır ki, Cəlilabad rayon Göytəpə şəhər Milli Qəhrəman V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir: "Ötən il həmkarlarımızdan birinin dərsə normal gəlmədiyinə baxmayaraq dərs saatlarımızdan alınaraq ona verilməsinə etmiş olduğumuz şikayətdən sonra RTİ-nin keçmiş müdiri Elxan Nəcəfovun bizə cəza vermək məqsədi ilə diaqnostik qiymətləndirməni bəhanə edib dərsləri vakanta çıxararaq məktəbdə fiziki tərbiyə müəllimi sıxlığına şərait yaradan əlavə 3 müəllim göndərilmişdir. Keçən ildən baş verən korrupsiya halları ilə bağlı olaraq indiki direktor Elnur Quliyevə etmiş olduğumuz müraciətləri zamanla həll edəcəyini bildirsədə əksinə qanunsuzluqlara göz yumduğunun şahidi olduq və biz bundan belə qənaətə gəldik ki, bu qanunsuzluqların arxasında bir başa o özü durur. Məktəbdə adları olub ozu olmayan işçilər, siniflərdə adları olub ozü olmayan şagirdlər hələ də qalmaqdadır. Onlar barəsində hansısa tədbir görülübsədə pedaqoji şurada bu barədə məsələ qaldırlımadığından xəbərimiz yoxdur. Sinif otaqlarının şüşələrinin sınıq-sınıq olması həm şagird, həm də digər işçilər üçün təhlükə yaratmaqdadır. Məhz belə pəncərə şüşələrindən birində şagird öz qolunu kəsmişdir. Mənim paylaşımımdan sonra direktor pəncərələri klyonka ilə mismarladaraq rütubətli ortam yaradıb. Məktəbdə şagirdlərdən odun pulu, test pulu yığılır. Məktəbdə keçirilən "Beynəlxalq qızlar günü" ilə bağlı tədbirdə havaya buraxılan şarlara görə iştirakçi şagirdlərdən 2 manatdan pul yığılmışdır. Şagirdlər test çıxartdırmaq üçün məktəbdən xeyli uzağa, şəhərin mərkəzinə gedib-gəlirlər. Yuxarıda qeyd etdiyim qanunsuzluqlar haqqında yuxarı orqanlara məlumat verib, öz fb səhifəmdə paylaşmışam. Əlimdə hər birinə aid səs yazıları var. Bütün bu korrupsiya faktları haqqında paylaşım etdiyim uçün məktəb direktoru həmkarlar təşkilatına müraciət etməmiş mənə sonuncu xəbərdarlıqla töhmət əmri vermişdir. Halbuki məktəbin idarə olunmasında şəffaflıq, aşkarlıq və demokratik prinsip əsas istiqamət kimi götürülür. Əlbəttəki qanunsuz töhmət haqqında məhkəməyə və digər qanunsuzluqlar barəsində aidiyyatı qurumlara bir daha müraciət edəcəm. Lakin Sizdən xahiş edirəm ki, bu qanunsuzluqlara tez bir zamanda reaksiya verilməsi üçün saytınızda işıqlandırasınız".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1