Bia.Az

“Əsrin fırtınası”: Rusiyanın cənubu “dağılır” - Video

Cəmiyyət
 27-11-2023, 13:32     323

Noyabrın 26-da Krım və Kuban sahillərində fırtına baş verib.

Axar.az xəbər verir ki, Krımın sahilyanı zonalarında əhalinin təxliyəsinə başlanılıb. Kəskin hava şəraiti səbəbindən Sevastopol qubernatoru Mixail Razvojayev bazar ertəsi gününü qeyri-iş günü elan edib.

Sinoptiklər bu hadisəni “Əsrin fırtınası” adlandırıblar.

Krımın qərb hissəsində küləyin sürəti saniyədə 40 metrə çatıb. Yalta və Saki kimi kurort şəhərlərində fırtına qaz xətlərini sıradan çıxarıb.
Yevpatoriyada dəniz sahildən çıxaraq bir neçə yolu su altında qoyub. Şəhərə aparan bütün yollar bağlıdır. Rusiya Fövqəladə Hallar Nazirliyi Yevpatoriyanın su altında qalan rayonlarındakı əhaliyə yardım etmək üçün xilasedici qruplar göndərib.

Tuapse, Gelencik, Anapa, Novorossiysk sahil rayonlarında dalğanın hündürlüyü 8 metrə çatıb.

Fırtına səbəbindən təyyarələr Soçi aeroportuna enə bilmir. Soçinin meri Aleksey Kopayqorodski bütün xidmətlərin yüksək hazırlıq vəziyyətinə gətirilməsini tapşırıb.

Anapada yerli hakimiyyət orqanları dərslərin keçirilməsini dayandırıblar.

Tuapse limanında noyabrın 27-də günün sonunadək güclü axın gözlənilir.

Fırtına Krasnodara da çatıb. Güclü külək burada evlərin damını uçurub. Pis hava şəraiti səbəbindən Karasunsk, Kuban və Mərkəzi dairələrində yaşayış evləri elektrik enerjisiz qalıb.

Ukraynada da güclü qar və külək səbəbindən 400-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Odessadakı böyük istilik sistemi fəaliyyətini dayandırıb.скачать dle 12.1