Bia.Az

Nikol: “Tarixdə satqın kimi qala bilərəm”

Cəmiyyət
 26-11-2023, 12:30     310

Paşinyan deyir ki, orduda “5-ci kolon” təmizlənib

Ermənistanın baş naziri Nikol Paşinyan canlı yayımda sualları cavablandırarkən bir sıra maraqlı məqamlara toxunub.
Musavat.com xəbər verir ki, onlardan ən maraqlısı baş nazirin Ermənistan ordusunda  “beşinci kolon”un təmizlənməsi ilə bağlı  dedikləridir. Ermənistanın baş naziri əvvəl  “beşinci kolon” dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirib: “Bu, öz hərəkətlərində və ideyalarında  dövlətinin siyasətindən daha çox başqa ölkələrin yeritdiyi siyasətə üstünlük verən insanlar dairəsidir. Bəli, inanıram ki, biz bu gün orduda “beşinci kolon”dan qurtulmuşuq.”
Paşinyan dövlət idarəçiliyi sistemində mümkün “5-ci kolon”un mövcudluğu ilə bağlı suala cavab olaraq bunları deyib : “Bizim dövlət idarəçiliyi sistemimizdə  kifayət qədər böyük uğurlar əldə olunub.  Dövlət məmurlarının şüurunda öz dövlətinə xidmət ən yüksək dəyər kimi qəbul edilib. Bu,  dövlətin maraqlarını və siyasətini başqa dövlətlərə münasibətdə heç bir şəkildə qurban veriməməsidir”.
Erməni baş nazir gələcəkdə tarixdə necə qalacağı ilə bağlı pessimist danışıb. Əvvəl deyib ki, bu tarixin kimin yazmasından asılıdır. “Tariximizin ən mənfi personajlarından biri çar Papdır. Onun haqqında  tarixçilərin yazdığını oxuyanda  əxlaqsız olması və s. fikirlər yer alır. Erməni  apostol kilsəsi onu özünün ən böyük düşməni hesab edir. Halbuki o adam əslində, erməni apostol kilsəsinə siyasi müstəqillik verib.  Mənim üçün  çar Pap tariximizin əsas simalarından biridir”.
47CF9EA5-0AF6-44DF-A2E7-1D1BAA939C76_mw1024_s_ndsf.jpg (113 KB)\
Paşinyan deyib ki,  tarixçilər onun haqqında da Pap kimi yazsa, o halda satqın kimi təqdim olunar: “Əgər əsas istinadı Ermənistan olsa  o  tarixçi mənim haqda suveren, müstəqil və demokratik dövlət üçün bütün səylərini əsirgəməyən bir şəxs olduğumu deyəcək. Bunun nə ilə nəticələnəcəyini tarix göstərəcək”.
Qeyd edək ki, Paşinyan 44 günlük müharibədən sonra  məğlubiyyəti ordudakı  “5-ci kolon”la əlaqələndirmişdi.  Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan isə “əgər Paşinyanda belə məlumat varsa, “5-ci kolon”un bütün hərbçilərinin siyahısını dərc etsin” demişdi.
Zakaryan onu da demişdi ki, bir çox yüksək rütbəli zabitlərin müxtəlif cinayətlərdə, casusluqda, dövlətə xəyanətdə ittiham olunarıq  həbsi orduda  “5-ci kolon”un  mövcudluğunu sübut etmir. /Musavat.com/  скачать dle 12.1