Ağsu Rayon Məhkəməsindən Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına ŞİKAYƏT - "BURA BAZARDIR?"
Xəbər vemişdik ki, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində qeydiyyaytda olan Əsədov Adil Əsəd oğlu adminstrator işlıdiyi Ağsu rayonunda yerləşən "Şöhlətoğlu" isdrahət mərkəzində bir necə işcini aldadaraq külli miqdarda pulunu mənimsəyib. Hazırda onların şikayəti üzrə açılan cinayət işi Ağsu rayon məhkəməsində araşdırılır. Xatırldırıq ki, Əsədov Adil Əsəd oğlu AR Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4 maddələri ilə təqsirləndirilir.
BİA.az-a şikayət edən zərərçəkmiş Qurbanova Sürəyya Əyyub qızı Goranboy rayonunda qeydiyyatdadır. Deyir ki, ailə başçısını itirəndən sonra tənha ana kimi oğlunu min əzaba qatlaşmaraq böyüdüb. İndi də nəvələri ilə qayğılanır. Deyir ki, Mingəçevir şəhərində kafelərin birində baş aşpaz işləyirmiş. 2019-cu ilin mart ayında Adil Əsədovun yağlı vədlərinə aldanaraq iş yerini “Şöhlətoğlu”ya dəyişir. Adil ona ilk iki ayın maaşını ödədikdən sonrakı vaxtda ödənişi "qırıq-qırıq" etməyə başlayıb. Ən nəhayət, ümumiyyətlə ödəniş etməyib. Ümumilikdə 560 (beş yüz altmış) manat zəhmət haqqını mənimsəyib. Zənglərə cavab verməyib, telefonu açanda isə təhqiramiz ifadələrlə cavab verib, “get, hara istəyirsən, şikayət et” deyib. Sürəyya xanım Adil Əsədov barədə polisə şikayət edib. Daha sonra iş prokurorluğa, nəhayət, Ağsu rayon məhkəməsinə ötürülüb.
Qurbanova Sürəyya Əyyub qızı bildirir ki, hazırda həmin cinayət işi Agsu rayon məhkəməsində aparılır. Ancaq şikayətci oldugu Əsədov Adil Əsəd oğlunun vəkili Fəxri Bayramov ona qarşı qərəzli mövqe tutur: "Kecən məhkəmədən sonra ona yaxınlaşıb xaiş etdim ki, yaşlı qadınam, mənə qarşı bu qədər qərəzli davranmasın. O isə elə bil bunu gözləyirmiş, səsini ucaldıb mənə agzına gələni dedi. Məni təhqir edib "böhtancı" adlandırdı. Mən mədəni şəkildə onun cavabını verdim. O isə ustumə yeryib az qalmışdı məni vursun. Yaxşı ki, nəzarətcilər onun qarşısına kecib mane oldular."
Zərərcəkmiş Ağamalıyev Tohid Əliş oğlu da hakim Babək Qasımovdan və Adil Əsədovun vəkili Fəxri Bayramovdan şikayətçidir. Zərərcəkmiş deyir ki, Adil Əsədov dələduzluq edərək 2200 manat pulun alıb ki, oğlunu gəmiyə işə düzəldəcək. Ancaq üstündən xeyli vaxt kecməsinə baxmayaraq nə oglunu işə düzəldir, nə də pulunu qaytarır. Məhkəmə hakimi və vəkil də Adil Əsədovun tərəfini tuturlar:"Bu adam elə bil vəkil yox, dövlət ittihamcısıdır. Söz almamış, yeri gəldi, gəlmədi zərərcəkmişlərin sözünü kəsir, məsələyə aidiyyatı olmayan suallar verir, bəzən kobud hərəkətlər edir. Başa düşülən deyil ki, bura elə bil bazardır, hakim niyə ona hec bir irad bildirmir."
Sonda hər iki şikayətci Agsu rayon məhkəməsinin sədri Babək Qasımovdan Məhkəmə-Hüquq Şurasına, vəkil Fəxri Bayramovdan isə Vəkillər Kollegiyasına şikayət edəcəklərini bildirdilər.