Bia.Az

İlham Əliyev 2 fərman imzaladı

Cəmiyyət
 23-11-2023, 01:43     305

Prezident İlham Əliyev “Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb

Axar.az fərmanın mətnini təqdim edir:

1. “Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Nazirlər Kabineti fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının hazırlanması ilə bağlı tələblərin məqsədəmüvafiqliyi araşdıracaq.

Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti fiziki və hüquqi şəxslər tərəfindən yol hərəkəti təşkilinin perspektiv proqramlarının, kompleks sxemlərinin və layihələrinin hazırlanması, habelə həyata keçirilməsi ilə bağlı tələblərin məqsədəmüvafiqliyini üç ay müddətində araşdırmalı və bu barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.скачать dle 12.1