Bia.Az

Hava ilə bağlı XƏBƏRDARLIQ - Leysan olacaq, şimşək çaxacaq

Cəmiyyət
 22-11-2023, 11:06     265

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.
Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 12-15 dərəcə isti olacaq.скачать dle 12.1