Bia.Az

Moskvada ugur qazanan gənc azərbaycanlı stomatoloq Aygün Musayeva - FOTO

Cəmiyyət
 22-11-2023, 11:17     2 081

İnsanın həyatda fəal mövqe tutması, ictimai borca şüurlu münasibət bəsləməsi, sözü ilə əməlinin vəhdəti, daim intellektual səviyyəsini artırmaq qayğısına qalması, əmək fəaliyyətində başqalarına nümunə olması həmişə onu əhatə edən adamlarda xoş hisslər yaradır.

O da calışqan, əzmkar, iradəli xanımdır. Zarfat deyil, dünyanın ən böyük şəhərlərindən sayılan Moskvada qısa müddətdə bir sıra uğurlara imza atıb. Arzusu seçdiyi ixtisası mükəmməl öyrənib, bu sahədə daha böyük ugurlar qazanmaqdır…

Haqqında söhbət açdığım qəhrəmanımız Musayeva Aygun Aqil qizi 8 nöyabr 1991-ci ildə Azərbaycanın qədim tarixi şəhəri olan Gəncədə, ziyalı ailəsində dünyaya göz acıb. Atasi Aqil Əhməd oglu şəxsi biznesilə məşgul olurdu. O, balaca Aygünün hec bir yaşı tamam olmamış işi ilə baglı Moskva şəhərində yaşamalı olub. Aygün Gəncə mühütində böyüyüb, boya-başa catıb. 2010-cu ildə orta məktəbi bitirdikdən sonra o, atasının yanına gedib və həmin ildə Rusya Federasiyasında ən ali təhsil ocagı olan I. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin stomatologiya fakultəsinə qəbul olub. 2015-ci ildə universiteti müvəffəqiyyətlə başa vuran Aygün Musayeva “Stomatoloq” ixtisası üzrə diplom qazanıb. 2016-cı ildə "Rusiya Xalqların Dostluğu Universiteti" Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsinin "Ümumi stomatologiya" mütəxəssisi sertifikatı, 2018-ci ildə isə Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi I. M. Seçenov adına "Birinci Moskva Dövlət Tibb Universitetinin"Ortodontiya" mütəxəssis sertifikatı alıb. 

Aygün Musayeva təkmilləşdirilmiş təlimlərdə də yüksək həvəslə iştirak edir. 2017-ci ildə – “Easy Edgewise” praktik kursu - Edgewise Tweed tərəfindən Dr. Andre Horn, 2017-ci ildə -"CBCT-nin terapevtik, cərrahi və ortodontik stomatologiyada istifadəsinin aktual problemləri" konfransı, 2017-ci ildə - konqres Moskva Diş Həftəsi - "Stomatologiyada müasir konsepsiyalar", 2017-ci ildə - "Xəstələrin dörd əsas emosiyaları" kursu, 2020-ci ildə - Star Smile praktik kursu, “Breketsiz ortodontiya”,  2022-ci ildə - kurs “3D sefolometriya və ortodontik xəstə üçün CBCT dilimlərinin təhlili” təlimlərin iştirakcısı olub. Hazırda isə Rusiya və Avropada xarici mütəxəssislərin seminarlarının daimi iştirakçısıdır.

Stomatoloq Aygün Musayevanın iş günləri dogrudan da gərgin kecir:

Bazar ertəsi Novomed Klinikası Ünvan: Spaso-Tuşenski Bulvarı 7 Putilko, Çərşənbə axşamı INT-Dent Klinikası Ünvan: Ticarət Mərkəzi Yupiter pr. Kosmonavtov, 34B, Korolev, Çərşənbə və Bazar - Ailə Stomatologiya Klinikası MAVI Ünvan: Borisovka 22, Cümə axşamı 11.00-14.00 - AU Stomatoloji Klinikası Ünvan: Moskvanın 800-cü ildönümü 11k0MOST2, 11k0MOST2. ev , Qorki küçəsi, 79k5, Şənbə - Azmed Klinikası Ünvan: 2-ci Miçurinski məhəlləsi. 1 Azmed Klinikası.

Gənc stomatoloq Aygün Musayeva ictimai işlərlə də məşğul olmağa vaxt tapır. Moskvada yaşasa da qəlbi Azərbaycanla döyünür. Xüsusilə Moskvada Leyla xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “AMOR” gənclər təşkilatının fəal üzvlərindəndir. 

Aygün xanım Gəncə üçün həmişə darıxır. Azərbaycanlı olduğundan özünü xoşbəxt hesab edir. Sevinir ki, indiyə kimi haqq etdiyi təhsilə yiyələnə bilib. Deyir ki, "Moskva elə bir yerdir ki, zəhmətinin bəhrəsini gec-tec görürsən"…

Bütün gənclər kimi o da iddialıdır. İnsanları, xüsusən də uşaqları və təbiəti çox sevir. Pianoda ifa etməyi xoşlayır. Ata-anasını, kicik bacısını dünyada ən böyük sərvəti hesab edir...

Doğrusu bu gənc azərbaycanlı xanımının savadına, əzminə, uğurlarına çox sevinirik. Qürbətdə xalqımızın belə bacarıqlı gənclərinə baxıb sevinməmək, fəxr etməmək olarmı?...

Azərbaycanlı bir gəncinin uğurları bizi sevindirir, qürur verir. Biz də gənc stomatoloq Aygün Musayevaya fəaliyyətində və gələcək karyerasında uğurlar arzulayırıq!

Nəsimi Əşrəfov,
Moskva şəhəri.

BİA.az





скачать dle 12.1