Bia.Az

Heyvandarlıq elmi - tədqiqat institutunun direktoru Mahir Hacıyev dövlətin pullarını müxtəlif yollarla talan edir

Cəmiyyət
 15-11-2023, 12:01     449

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevə

Məlum edirik ki, Heyvandarlıq elmi - tədqiqat  institutunun direktoru Mahir Hacıyev dövlətin pullarını müxtəlif yollarla talan edir. İnstitutun nəzdində olan arıçılıq mərkəzinin direktoru Samir Mahmudov Mahir Hacıyevin yaxın qohumudur. Həmin ərazidə 12 ha yonca, 16 ha arpa, 8 ha günəbaxan əkmişdir. Həmin sahədən biçilən  arpa və yoncanı institutun nəzdində olan heyvanlara yedizdirir, əvəzində küllü miqdarda pul silir ki, güya həmin yemi bazar qiymətinə kənardan alır. Təmir tikinti adı ilə, dəftərxana ləvazimatı adı ilə də küllü miqdarda pullar silinir. Arıçılıq mərkəzinin möhürü il yarımdır ki, Mahir Hacıyevin özündədir. İstədiyi maxinasiyanı səxsən özü aparır. 150 baş qoyun arıçılıq mərkəzində 7-8 ay saxlanılır və saxta yem silinir ki guya təsərrüfatda saxlanılır və buna görə də yem silinir. Ona görədə Razmarin, Lavanda və Badam bağı məhv olur. 150 baş qoyuna veriləsi olan yemin pulunu ( 100 min manat) guya 150 baş qoyun institutun ərazisində baxılması adı ilə silinir. Komissiya gələndə ( yoxlama ərəfəsində) heyvanları qəsdən heyvanların yemini azaldırlar ki, süd məhsuldarlığı aşağı olsun. Çünki, südü bazarda baha qiymətə Mahir Hacıyev satdırır. Doğma əmisi oğlu Mübariz Hacıyev institutun hüquqşünası vəzifəsində işləyir. İşləyənlərin çoxu öz qohumlarıdır.

Hörmətli Mehriban xanım
Bizi narahat edən odur ki, direktor Mahir Hacıyev elmdən başqa hər işlə məşğuldur. O, 15-20 il Gəncə şəhəri üzrə konfet satışı üzrə distrübütor olub. Dayısı oğlu Arif Şahmarlı Avropada oturub Sizin ailənizə, dövlətimizə şər və böhtan yağdırmaqla məşğuldur. Bibisi oğlu isə institutu talan etməklə məşğuldur.  Tez tez xarici səfərlərdə olanda Arif Şahmarlı ilə kontakda olur. Onuda bildirmək lazımdır ki, Mahir Hacıyev qızını müxalifət Bəxtiyar Hacıyevin yaxın qohumu ilə evləndirib. Mahir Hacıyevin bu əməllərindən aydın olunur ki, dövlət vəsaitini müxtəlif yollarla mənimsəyən Mahir Hacıyev dövlətə qarşı çıxanlara oğurlanan pullarla dəstək durur.


BİA.az
скачать dle 12.1