Bia.Az

Azərbaycan-İsveç matçına nə qədər bilet satılıb?

Cəmiyyət
 15-11-2023, 17:26     302

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunu üçün satılan bilet sayı açıqlanıb.

AFFA-nın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, bu günə qədər 3120 azarkeş bilet əldə edib.

Qiymətlər 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriyaya 10, 1-ci kateqoriyaya 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdır.
Azarkeşlər Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən bilet ala bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.скачать dle 12.1