Bia.Az

Qəbul və buraxılış imtahanları birləşdirilə bilər - VAHİD İMTAHAN

Cəmiyyət
 3-07-2020, 19:56     618



Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar buraxılış və qəbul imtahanlarının keçirilməsində də məhdudiyyətlər yaranıb. İmtahanlar hissə-hissə keçirildiyindən, ikinci sərt karantin rejimi ilə əlaqədar olaraq, bir qrup şagird imtahan verə bilmədi. Bu isə şagirdlərdə, eləcə də valdeyinlərdə ciddi narahatlıq doğurub.

Buraxılış imtahanlarını verə bilməyən şagirdlərin aqibəti necə olacaq? İmtahanlar bu il üçün ləğv oluna bilərmi?

Təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, son qərarlar şagirdlərdə ciddi psixoloji sarsıntı yaradıb. İmtahan müddətinin uzadılması onlarda həm zehni yorğunluğa, həm də ruh düşkünlüyünə səbəb olub:

"2020-ci il abuturiyentlər üçün olduqca uğursuz il oldu. Mart ayının 3-dən orta məktəblərdə dərslər dayandı, ardınca onların qəbul və buraxılış imtahanlarında nəticə əldə etməsinə birbaşa təsir edən hazırlıq kursları və repititorluğun fəaliyyətinə məhdudiyyət tətbiq edildi və nəticədə şagirdlər normal dərsdən geri qaldılar. Artıq neçə dəfə karantin səbəbi ilə imtahanlar təxirə salınır. Bəli, insanların sağlamlığı hər şeydən önəmlidir. Amma düşünürəm ki, qaydalara əməl edilməklə imtahanların təşkili mümkündür. Son qərar şagirdlərdə olduqca böyük psixoloji sarsıntı yaradıb. Onların özlərinə olan inamı aşağı düşüb. Məhz bu amil qəbul imtahanlarındakı nəticələrə ciddi təsir edəcək. Mövcud vəziyyətdə imtahanların avqust ayının sonuna qədər uzanacağını gözləmək olar. Bu da şagirdlərin həm psxioloji, həmdə zehni yorulmasına gətirib çıxaracaq. Hətta biz 9,10,8 və 19 iyunda keçirilən buraxılış imtahanlarında şagirdlərin nəticələrini təhlil edərkən, onların əvvəlki illərlə müqayisədə zəif yazdıqlarının şahidi olduq".



Təhsil eksperti qeyd edib ki, çıxış yolu imtahanların birləşdirilməsi və vahid imtahan şəklində keçirilməsidir:

"Təklif edirəm ki, qəbul və buraxılış imtahanları birləşdirilməklə vahid bir imtahan keçirilsin. Problemi yalnız belə həll etmək mümkündür. Belə ki, şagirdlər iki dəfə imtahana gəlməyəcəklər. Bununla yanaşı yollarda və ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması, şagirdlərin rahatlığının təmin olunması üçün imtahan keçirilən günlərdə digər vətəndaşların küçəyə çıxması qadağan olunmalıdır. İmtahanların vaxtının hər dəfə uzanması şagirdlərə psixloji və mənəvi zərər vursa da, valideyinləri də əlavə xərcə salır. Belə ki, bir çox müəllim repititorlar və hazırlıq kursları online xidmət göstərirlər. Normalda may ayında başa çatmalı olan hazırlıqlar, imtahanların uzanması səbəbindən daha da uzanır və valideyinlər hazırlıqlara əlavə pul ödəyirlər. Ümumiyyətlə, karantin rejiminin uzanması özəl təhsil sektorunun fəaliyyətinə də ciddi təsir göstərəcək və gələcəkdə onların fəaliyəti sual altına düşəcək. Hesab edirəm ki, əgər vahid imtahan keçirmək mümkün deyilsə, 5-15 iyul tarixləri arasında bütün ölkə ərazisində imtahanları təşkil etmək lazımdır. Çünki bundan sonra ixtisas qrupları üzrə imtahanlar var. İki imtahan arasında vaxtın azlığı abituriyentlərin növbəti imtahana hazırlaşmasına mənfi təsir göstərəcək".скачать dle 12.1