Bia.Az

Putini tək qoymağın bədəli

Cəmiyyət
 27-10-2023, 01:25     435

Əlinin altında 6 min nüvə başlığı olan ölkənin prezidentinə “biz onun kürəyini yerinə gətirəcəyik”, “hakimiyyətdən salacağıq” deyib aşağılayarsansa, o da “izqoy”da daha təhlükəli planlar, müttəfiqliklər qurar, zamanı gələndə də elə bir bombanın fitilini çəkər ki, dünya qarışar, qan su yerinə axar... 

Mövzuya birbaşa keçməkdə fayda var. Yaxın Şərqdə baş verənlər bir daha təsdiqləyir ki, Rusiyanı gözdən çıxarmaq, küncə sıxmaq Amerikanın və onun Avropadakı müttəfiqlərinin “ağıl xocalarının” yanlış qərar idi. Yanlış yumşaq sözdür, indi dəbdə olan “strateji səhv” demək daha doğru olardı. Bunun yanlış olduğunu Ukrayna müharibəsi konteksində dəfələrlə yazmışam. Doğru anlayan doğru anlayıb, yanlış anlayan yanlış. 
140729150956_512x288.jpg (39 KB)
Bir ölkəni(rəhbərini) nə qədər haqsız olsa da, dünyadan təcrid etmək(?!) niyyəti ilə pisikdirərsənsə, əlinin altında 6 min nüvə başlığı olan prezidentinə “biz onun kürəyini yerinə gətirəcəyik”, “hakimiyyətdən salacağıq” deyib aşağılayarsansa, o da “izqoy”da daha təhlükəli planlar, müttəfiqliklər qurar, zamanı gələndə də elə bir bombanın fitilini çəkər ki, dünya qarışar, qan su yerinə axar, axan qanı durdurmaq olmaz. Rusiya-ABŞ münasibəti Yaxın Şərqdəki hadisələrin birbaşa inikasıdır, şəklidir.
Heç kim demir ki, Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanın başını sığallamaq gərəkirdi. Söhbət ondan gedir ki, “yeni dünya düzəni qururam” deyib, Rusiyanı əvvəldən Ukrayna ilə qarşı-qarşıya qoymamaq, öz məqsədlərin üçün iki qardaş xalqı düşmənə çevirməmək, nəhayətdə müharibəyə cəlb etməmək lazım idi. İndi ABŞ da aşağı-yuxarı Yaxın Şərqdəki müharibəyə zorla cəlb edilib, üstəlik də çox mürəkkəb, həssas, ən müxtəlif maraqların kəsişdiyi bir regionda... 
1697698574_israeli-army-spox.jpg (180 KB)
Yaxın Şərqdəki bombanın fitilini çəkməkdə maraqlı olanlar əlbəttə məsələn, tutaq ki, Rusiya-İran-Suriya “triosu” deyildi, başqaları da vardı və o başqalarının da maraqları fərqlidir. O səbəbdən İsrail hələ də aydınlaşdıra bilmir ki, bu qəfil hücumu, bu Xolokostdan sonra ilk dəfə kütləvi yəhudu qırğının arxasında dayanan konkret kimlərdir. İran deyir, Livan deyir, amma HƏMAS-a dəstək verənlərin onlarla yekunlaşmadığını da bilir. Məsələn, Misir onun sərhədləri üçün də təhlükəli olan HƏMAS-ın məhvini istəyər, o da bu müharibədən bu cür “qazana” bilər. Livan HƏMAS-ın dəstəkçisi olsa da, sirr deyilk ki, şiə “Hizbullah”ının regionda tək güc kimi qalmasını istəyə bilərlər. Hələ regiona yaxın digər ərəb ölkələrinin də maraqlarını bura əlavə etsək, ipin ucu lap qarışar, MOSSAD belə çətin baş açar. Ona görə İsrail məsələni kökündən, yəni HƏMAS-ı məhv etməkdə israrlıdır ki, ondan bir daha ölkəsinə qarşı bu cür istifadə etməsinlər. Belə görünür ki, ən azı Qəzzada onların nəfəsini kəsməyənə qədər də sakitləşməyəcək. HƏMAS-ın məqsədi fələstinlilər üçün daha yaxşı həyata nail olmaq deyil, İsraili məhv etmək, sırf yəhudi olduqları üçün mümkün qədər çox insanı öldürməkdir. Kim onlara mücahid deyir, öz rəyidir, bunu mübahisələndirməyin faydası yoxdur. 
hemas-yeni.jpg (98 KB)
İndi baxın, həm Rusiya, həm İran çox fəaldırlar, Yaxın Şərqdə baş verənlərə sinxron olmasa da, razılaşdırılmış mövqe sərgiləyirlər. Rusiya İsraili dövlət kimi tanıyır, Putini də bu dövlətlə bağlayan bizim bilmədiyimiz bağlar var. Ətrafında İsrailə bağlı, yəhudi kökənli xeyli məmur-biznesmen olduğu bu əlaqələrin yalnız görünən tərəfidir. ABŞ-ın israrına baxmayaraq, İsrailin Ukrayna müharibəsində Rusiyaya qarşı fəal rol almamasının bir səbəbi də budur. Putin Xolokostu Leninqradın blokadası ilə müqayisə edir həmişə. Yəni İsrailə dövlət olaraq münasibətdə İranla Rusiyanın mövqeləri təbii ki, tam fərqlidir. Rusiyanın Yaxın Şərqdə münaqişədə marağı Amerikanı bu həssas regiona çəkmək, bataqlığa salmaq, heç olmasa, Ukraynaya ardı kəsilməyən silah-sursat dəstəyini azaltmaqdır. Həm də Amerikadakı yaxınlaşmaqda olan seçkilərdə ən həlledici mövqeyə malik yəhudi lobbisi ilə qarşı-qarşıya gətirərək... Kapitoliyanı yəhudilər içəri girib “işğal etdilər”, etiraz etdilər, birinə də “gözün üstə qaşın var” deyən olmadı. Baydenin(elə digərlərinin də) seçki kampaniyaları yəhudi iş adamları tərəfindən maliyyələşdirilir. Baydenə qarşı ölkəsində də müsəlman toplumunun ciddi etirazları başlayıb. Üstəlik, ABŞ-ın müttəfiqi olan bəzi ərəb ölkələri də İsraili Qəzza planından vaz keçmək üçün Ağ Evə diş qıcayırlar. İndi çıx, bu vəziyyətdən görüm, necə çıxırsan... 
6520fb3fed88c6520fb3fed88d16966602876520fb3fed88a6520fb3fed88b.jpg (400 KB)
HƏMAS-ın “politbüro” üzvünün rəhbərlik etdiyi nümayədə heyətinin bu gün Moskvada peyda olması, Lavrovla bağlı qapılar arxasında danışıqlar aparmasının ardınca xəbər yayıldı ki, bütün girovları İranın xarici işlər nazirinə təhvil verməyə hazırdırlar. Əlbəttə, şərtlə-6 min fələstinli həbsxanadan buraxılmalıdır. Maraqlıdır, deyilmi? Moskva görüşündən dərhal sonra bu bəyanatın verilməsi, təsadüfdürmü, əsla... 
TASS_19540851.jpg (249 KB)
İsrail Xarici İşlər Nazirliyi HƏMAS-ın nümayəndə heyətinin Moskvaya gəlməsini “ləyaqətsiz addım” kimi qiymətləndirib, onların Rusiyadan dərhal çıxarılmasını tələb edib. Rusiya tərəfi HƏMAS nümayəndələri ilə görüşdə Qəzza zolağından Rusiya vətəndaşlarının təxliyəsinin və girovların azad edilməsinin müzakirə edildiyini açıqlayıb. O da məlumdur ki, HƏMAS Rusiya prezidenti Vladimir Putinin və bütün Rusiya diplomatiyasının oktyabrın 7-dən bəri gərginləşən Fələstin-İsrail münaqişəsinin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. 
Screenshot_1.png (734 KB)
Rusiya ilə gec-tez masaya oturmaq lazım gələcək, özü də təkcə Ukraynaya görə deyil, nüvə silahına görə də, Fələstin dövlətinin yaradılmasına görə də, Suriyaya görə də, daha təhlükəsiz dünyaya görə də... Ziyanın yarısından qayıtmaqda da fayda var, bu elə Rusiyaya da aiddir. Yoxsa dünyada hələ çox bombalar partlayar...

Nazim SABİROĞLU,
Musavat.comскачать dle 12.1