Bia.Az

Bakıda 14 yaşlı qızı öldürən şəxsə ömürlük cəza verildi

Cəmiyyət
 23-10-2023, 12:09     310

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirləndirilən Zaur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Zaur Babayev ömürlük azadlıqdan məhrum edilib.

Ittihama görə, hadisə bu ilin fevralın 2-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı, 2009-cü il təvəllüdlü Günay Şadatovaya bıçaq xəsarəti yetirib. 14 yaşlı yeniyetmə Günay Şadatova ölüb.скачать dle 12.1