Bia.Az

Çazovdan Brejnevə sağlamlıq dərsi – nə çox qorxmaq, nə də çox sevinmək olmaz...Tarixi faktlar

Cəmiyyət
 22-10-2023, 12:51     252

SSRİ-yə rəhbərlik edənlərin xarakterləri, həyat tərzləri, idarəetmə üsulları fərqli olsa da, sovet liderlərinin oxşar cəhətləri də olub. Onlardan biri də birincilərin öz şəxsi həkimlərinə münasibətləridir ki, siyasilər öz “xilaskar”larına çox da qulaq asmayıblar. Lenin həkimlərin tövsiyələrini qulaqardına vurub, Stalin nəinki şəxsi həkiminə qulaq asıb, hətta onu cəzalandırıb, Xruşşov ümumiyyətlə, həkimlərin məsləhətlərini ciddiyə almayıb və s. Sovet liderləri arasında nisbətən Leonid Brejnev həkimlərlə “dostluq” etməyi bacarıb. Düzdür, baş katib həkimlərin qadağalarına məhəl qoymayıb. Amma o, tez-tez SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi Yevgeni Çazovla söhbətə vaxt ayırıb. Qeyd edək ki, 4-cü idarə partiya və hökumət rəhbərlərinin sağlamlığına cavabdehlik daşıyıb və bu idarənin rəisi Çazov qeyri-rəsmi Kremlin baş həkimi kimi tanınıb.

Məlum olduğu kimi 1970-ci illərin sonlarında Brejnevin sağlamlığında ciddi problemlər yaranıb. Xüsusilə uzun-uzadı müşavirələrdən, gərgin keçən müzakirələrdən sonra baş katib özünü daha çox narahat hiss edib, gərgin və əsəbi mühit onu daha da əldən salıb. Brejnev Çazovla növbəti görüşündə keçirdiyi bu vəziyyət haqqında Kremlin baş həkimini məlumatlandırıb. Çazov onu diqqətlə dinlədikdən sonra bu narahatlığın baş katibin keçirdiyi hisslərlə bağlı olduğunu bildirib.
Maraqlıdır, insanın keçirdiyi hisslər onun sağlamlığına necə təsir edir? Brejnev zaman-zaman hansı hisslərinin güdazına gedib?
p27_14_clip_image002.jpg (101 KB)
Məlum məsələdir hər bir insan həyatında baş verən hadisələrə hissləri ilə reaksiya verir və bu normal haldır. Ancaq qədərindən artıq hisslərə qapılmaq, onları cilovlamağın mümkünsüzlüyü yolverilməzdir. Elm də sübut edib ki, insanın keçirdiyi hisslərin sağlamlığa birbaşa təsiri var. Yaşam tərzində qida məhsulları kimi keçirdiyimiz hisslər də qədərindən artıq olanda orqanizm üçün mənfi fəsadlar yaradır.
Əslində Brejnev son dərəcə təmkinli olub, ən mübahisəli məsələləri sakitliklə həll etməyə çalışıb, hisslərini mümkün qədər cilovlamağı bacarıb. Amma hər halda nəhəng bir ölkəni idarə etmək əsəb və gərginliksiz ötüşməyib. Bununla yanaşı Brejnevin hədsiz sevinc hissləri keçirdiyi məqamlar da az olmayıb. Hətta baş katib 1978-ci ildə haqqı olmadığı “Qələbə” ordeni ilə təltif olunanda sevinc hisslərini uşaq kimi büruzə verməkdən çəkinməyib.
Məhz Çazovun Brejnevə növbəti sağlamlıq dərsi də hisslərlə bağlı olub. Kremlin baş həkimi baş katibə aşağıdakılarını anladıb:

  1. Həddindən artıq sevinmək, sevinc və xoşbəxtlik hissi ürəyə mənfi təsir göstərir. Hədsiz sevinc yeni enerjinin yaranmasına səbəb olur ki, həmin enerji ürək nahiyəsinə yığılır və beyinə doğru istiqamət alır. Başla bədəni birləşdirən kanal dar olduğu üçün enerjinin hərəkəti məhdudlaşır. Bu enerji partlayışına səbəb ola bilər ki, bu da infarkt və insultla nəticələnə bilər.
  2. İnsanın qorxu hissi keçirməsi təbii haldır. Ancaq bu hissin xroniki hala çevrilməsi, daim qorxu hissi içində olmaq sağlamlıq üçün təhlükəlidir. Qorxu hissi ilk növbədə böyrəklərə olduqca mənfi təsir göstərir. Qəfil qorxu hissi keçirən insanın sidiyini saxlaya bilməməsi də bunu bir daha sübut edir.
  3. Qəzəb hissi, əsəbilik ilk növbədə qaraciyərin fəaliyyətində durğunluq yaradır. Bu orqanın enerjisinin durğunluğu nəticəsində həmçinin başgicəllənmə, baş ağrıları da yaranır. Əsəbi və qəzəbli vəziyyət qan təzyiqinin yüksəlməsinə, üzün qızarmasına da səbəb olur. Qəzəb hissinin digər bir fəsadı isə mədə problemləri ilə müşayiət olunur.
  4. Narahatlıq və həyəcan hissi tənəffüs yollarında və ağciyərdə problemlərin yaranmasına səbəb olur. Həyəcanlı insanlar tənəffüs problemləri ilə daha çox üzləşirlər, təngnəfəslikdən əziyyət çəkirlər. Bu hisslər həmçinin yoğun bağırsaqda da xoşagəlməz problemlər yaradır.
  5. Nəfəsalmada və tənəffüs sistemində problem yaradan digər hisslərdən biri kədər hissidir. Kədər hissi olan insanın ağciyərinin fəaliyyətində çətinliklər özünü büruzə verir. Müşahidə etsək görərik ki, kədərli insanlar öz çətin durumları zamanı tez-tez dərindən nəfəs alırlar. ( El arasında buna ah çəkmək, köks ötürmək də deyirlər)
KOG_114649_00002_2_t218_172711.jpg (124 KB)
Sözsüz ki, Brejnev dost münasibətində olduğu Çazovun bu “dərs”ini sona qədər dinləyib. Amma əməl edə bilibmi, hisslərini cilovlamağı bacarıbmı? Yəqin ki, yox. Çünki gündə bir mükafat alan adam sevinc hissindən, mütəmadi olaraq qərb ölkələrinin təzyiqinə məruz qalan siyasətçi həyəcan hissindən, davamlı Kreml intriqaları sayəsində birinci kürsünü itirmək təhlükəsini yaşayan baş katib narahatlıq hissindən yan keçə bilməzdi...
İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1