Siyavuş Kərimi məhkəməyə verildi - SƏBƏB
Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, rektor barəsində məhkəməyə konservatoriyanın keçmiş müəllimi Xanbəyova Vəfa Nizami qızı müraciət edib.
Vəfa Xanbəyova konservatoriya rəhbəri barəsində "Əmək mübahisələri - İşə bərpa” üzrə iddia qaldırıb.
İşə Yasamal Rayon Məhkəməsinin hakimi Toğrul Axundovun sədrliyi ilə baxılacaq.