Bia.Az

Erməni Atanesyan: “Mühacir “DQR” hökuməti ideyası Ermənistan üçün təhlükədir”

Cəmiyyət
 11-10-2023, 16:26     285

“Mühacirətdə olan “DQR” hökuməti nəinki pis, həm də hər cəhətdən təhlükəli ideyadır və kökündən kəsilməlidir”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu barədə Qarabağda ləğv edilmiş qeyri-qanuni qurumun keçmiş “deputatı” Vahram Atanesyan Facebook səhifəsində müraciətində bildirib.

Onun sözlərinə görə, belə bir addım Azərbaycan-Ermənistan danışıqlar prosesini iflasa uğratmaqla bərabər, ciddi təhlükələri də özü ilə bərabər gətirəcək.

“Bu fikir nəinki köhnəlmiş və yersizdir, həm də bugünkü şəraitdə son dərəcə təhlükəlidir. Çünki bu vəziyyətdə mühacirətdə “DQR” hökuməti və ya “mühacir parlament” adlanacaq hər hansı bir struktur yaradılarsa, təkcə Azərbaycan və Türkiyə deyil, bütün iştirakçı dövlətlər tərəfindən sərt təpki ilə qarşılanacaq ki, bu da Ermənistan hökumətinə və erməni xalqına daha çox problemlər gətirəcək”,-deyə o bildirib.скачать dle 12.1