Bia.Az

Erməni qadın Flora Kərimovanı paylaşıb, bunları yazdı - FOTO

Cəmiyyət
 10-10-2023, 17:19     302

Erna Rohlandtian adlı erməni qadın Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, o, paylaşımda müğənninin sosial şəbəkədə yazdıqlarını yayımlayıb. Kərimovanın şəklini qoyan erməni Azərbaycanın Qarabağ bölgəsindən yazaraq, azərbaycanlıları təhqir edib:

"Azərbaycanda məşhur müğənni Flora Kərimova səhərdən axşama kimi yazır ki, "Arstax" onlara məxsusdur. Bağışlayın, "Artsax" necə "monqollara" məxsus ola bilər?".

F.Kərimovanın cavabı isə gecikməyib. O, "Erna "can" düzdür, sizin kimi monqollara... Qarabağ heç vaxt ermənilərə məxsus olmayıb. Çünki Qarabağ Azərbaycandır və nida" deyə, cavabında yazıb.
скачать dle 12.1