Bia.Az

Zəlzələ mütəxəssisindən qorxunc XƏBƏRDARLIQ - 7 bal gücündə...

Cəmiyyət
 7-10-2023, 01:09     529

Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsi (MTA) ölkədəki aktiv qırılma xətlərinin xəritəsini yeniləyib.

Manset.az xəbər verir ki, xəritəyə görə, ölkədə 485 aktiv qırılma xətti var.

Aydın, Bursa, Düzce, Hatay, Kocaeli, Manisa və Sakarya daxil olmaqla 45 il aktiv qırılmaların keçdiyi ərazidə yerləşir.

Aktiv qırılma xətti üzərində yerləşən 45 vilayət və 110 rayon risk altındadır.

Türkiyədə zəlzələ üzrə mütəxəssis professor Şükrü Ersoy Mərmərə bölgəsi üçün mümkün zəlzələ barədə danışıb.

İstanbulda gözlənilən zəlzələ ilə bağlı xəbərdarlıq edən Ersoy, "İstanbul zəlzələsi yaxınlaşır", - deyə bildirib.

Zəlzələnin dəqiq tarixini bilmədiklərini, lakin yaxınlaşdığını bildirən mütəxəssisin sözlərinə görə, zəlzələnin maqnitudası 7-ni keçəcək.скачать dle 12.1