Bia.Az

Xankəndinin yeni komendantı kimdir? - ERMƏNİ MEDİASININ SENSASİON İDDİALARI

Cəmiyyət
 4-10-2023, 01:24     478

Musavat.com xəbər verir ki, Ermənistan mediası Azərbaycan tərəfdən Xankəndinin komendantı təyin edilən Sarqis Qalstyanın kim olduğunu öyrənə bilib.

Məlumatda deyilir ki, Qalstyan 2020-ci ildə işğal altında olan Şuşadakı “Avan Plaza” (indiki "Xarıbülbül") otelinin direktoru olub. O, 1990-cı illərin fəallarından biridir, xalq diplomatiyasının tərəfdarıdır və tez-tez Bakıya gedirmiş (burası aydın deyil ki, hansı illərdə və necə - Red.). Erməni mediası yazır ki, ola bilsin, o vaxt da Bakının xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.

Xatırladaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Şuşa "Avan Plaza" otelinin əməkdaşının milliyyətcə azərbaycanlı olduğunu, lakin 13 ildir "Artsaxda" yaşadığını iddia edən videolar yayılmışdı. Sargis Galstyan qondarma "Artsax" parlamentindəki Ədalət fraksiyasının lideri David Galstyanın əmisi oğludur.

Bir daha vurğulayaq ki, bunların hamısı Ermənistan mediasının iddialarıdır.скачать dle 12.1