Bia.Az

Sərhəddə nə BAŞ VERİR? - Ermənistan yenə dayanmaq BİLMİR!

Cəmiyyət
 3-10-2023, 14:35     377

Qarabağda mərkəzi hakimiyyətin bərpa edilməsi fonunda sentyabrın 30-da Ermənistanın snayper atəşi ilə əsgərimizi şəhid etməsi İrəvanın sərhəd gərginliyinə start verə biləcəyinin anonsu hesab edilə bilər. Baş verən proseslər onu göstərir ki, Paşinyan hakimiyyətinin sərhəddə mümkün eskalasiyada çoxtərəfli maraqları var.

Məsələ ilə bağlı Referans.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycan hazırda təşəbbüsü tamamilə ələ keçirib:

“Ermənilərin bütün atdığı addımlar yalnız onların zəifliyini büruzə verir. Onlar demək olar ki, həm strateji baxımdan, həm də faktiki baxımdan məğlubdurlar. İndi hər hansı bir erməni əsgərinin beyninə belə bir fikir gəlir ki, Azərbaycan əsgərini öldürsün və ya yaralasın, bu ondan xəbər verir ki, bunlar artıq terrorla doğmalaşıblar. Bu kimi əməllər yalnız onların vəziyyətini bir qədər də kəskinləşdirəcək, çətinləşdirəcək”.

Politoloq qeyd edib ki, hazırda Ermənistanın vəziyyəti həm iqtisadi, həm sosial, həm də mənəvi psixoloji baxımdan zəifdir. Onun sözlərinə görə, ermənilər bu çirkin əməllərindən əl çəkməsələr Azərbaycan bütün lazımi tədbirləri görəcək: “Ermənilər revanşizmdən əl çəkə bilmirlər, ona görə də bu kimi əməlləri gündəmdə saxlayırlar. Əgər çox dərinə getsələr, yenidən Azərbaycan lazımi tədbirləri görəcək. Bu səfər həqiqətən heç nə bağışlanmayacaq. Bu vaxta qədər biz çox dözmüşük, güzəşt etmişik”.


Tofiq Abbasov əlavə edib ki, oktyabrın 5-də İlham Əliyev və Nikol Paşinyanın Qranadada baş tutacaq görüşündə sülh müqaviləsinin imzalanmayacaq. O, hesab edir ki, sülh müqaviləsi üçün hələ tezdir.скачать dle 12.1