İranda səfirliyimizə hücum edən terrorçu edam ediləcək
Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq.
Bu barədə Azərbaycan Dövlət Televiziyası (AzTV) məlumat yayıb.
Qeyd edək ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.