Bia.Az

Məşhur aktyor Paşayevanın məzarını ziyarət etdi - Video

Cəmiyyət
 1-10-2023, 23:38     344

Türkiyənin tanınmış aktyoru Dursun Əli Ərzincanlı Bakıya gəlib.

Kult.az xəbər verir ki, türkiyəli sənətçi sevənləri ilə görüşdən öncə Bakını gəzib.

Ərzincanlı əvvəlcə Hərbi Qənimətlər Parkına baş çəkib, daha sonra o, İkinci Fəxri Xiyabana gələrək mərhum millət vəkili Qənirə Paşayevanın qəbrini ziyarət edib, onun ruhuna dualar oxuyub.

Ardınca 44 günlük Vətən müharibəsi şəhidlərini, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov və digər şəhidlərin qəbrini ziyarət edib.


Qeyd edək ki, şeir ustadı Dursun Əli Ərzincanlı bu günə qədər "Üveys Karani", "Diriliş Ərtoğrul", "Quruluş Osman", "Rabia" , "Barbaros Xeyrəddin" kimi serialların əsas obrazlarını canlandırıb.скачать dle 12.1