Bia.Az

Elnarə qətlə yetirilən atasından yazdı - FOTO

Cəmiyyət
 1-10-2023, 23:30     349

İş xanımı Elnarə Bəkirova qətlə yetirilən atası Kamran Bəkirovla bağlı paylaşım edib.

Elnarə atası ilə fotolarını yayımlayaraq, bunları yazıb:

"Ata, bütün sevgi xatirələri mənə səni xatırladır. Sənsiz canım çox yanır, mənim dünyam. Bir gün mütləq görüşəcəyik, gözəlqəlblim. Sənsiz çox darıxıram, mənim dünyam. Hərdən istəyirəm yanına gəlim".

Qeyd edək ki, Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşüb. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.

Elnarə Bəkirova keçmiş moda məsləhətçisi, hazırda isə "Şərifzadə Art center"in rəhbəridir.

Məqaləyə dair fotomateriallar:

(Axşam.az)




скачать dle 12.1