Bia.Az

FHN Xankəndidəki yanğını söndürdü - VİDEO

Cəmiyyət
 27-09-2023, 02:06     274

Sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub. скачать dle 12.1