Bia.Az

Füzulidə DƏHŞƏT: Ər arvadını qətlə yetirdi

Cəmiyyət
 25-09-2023, 01:33     480

Sentyabrın 24-ü saat 21 radələrində Füzuli rayonu ərazisində 1987-ci il təvəllüdlü Ruhanə Qasımovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1984-cü il təvəllüdlü Süleyman Qasımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ruhanə Qasımovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Süleyman Qasımov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.скачать dle 12.1