Bia.Az

Gənc nəsillərə təhlükə virusu olan "Tik-Toker" Ləman barəsində niyə ölçü götürülmür?

Cəmiyyət
 4-09-2023, 12:58     268

Ağızının danışığın bilməyən, etika çərçivəsin keçənlər demək olar ki, informasiya məkanımız üçün böyük təhlükəyə çevirilib. Cəmiyyətimiz xüsusəndə gənclər üçün bu çox təhlükəlidir. 

"Azərbaycan Reallığı" xəbər verir ki, “Tik-Tok”-laşan media, “Tik-Tok” mədəniyyəti və min bir xırdavat ictimai şüuru yaradır. İnformasiya üzərində hüquq-mühafizə orqanlarının diqqətindən yayınanda ağır nəticələrə səbəb olması qaçılmazdır.  

Düşüncə terrorçularının hücumu millətə pandemiyadan da təhlükəli viruslar, qara təbliğat ötürür, vaxtilə Sovet-Amerika ideoloji müharibəsinin amansız formaları sanki təkrar olunur”.

Ekspertlərin fikrincə, əsas problem “Tik-Tok” mediasının qarşısının alınmamasıdır: “Ona görə də meydan onlarındır. Meydan Tik-Toklaşan mediaya verilir, onlar da nə istəyirlərsə, onu da edirlər. Amma ciddi və təsirli kütləvi informasiya vasitələri inkişaf edə bilmir. Bu mənada onlara qarşı mübarizə üçün hansısa şərait yoxdur”.

Ölkəmizdə xaricdən yayımlanan kanalların baxışı yerli kanallardan qat-qat yüksəkdir:

“Səbəb daxili kanalların sırf məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərməsidir. Nəticədə “Tik-Tok mediası” auditoriyanı toplayıb, nə istəyirsə yayımlayır. 

Reallıq budur. Ciddi tədbirlər görülməli, daxili medianı inkişaf etdirmək lazımdır. Böyük ümidlərlə gözləyirik ki, nələrsə dəyişəcək”. Bütövlükdə cəmiyyətin “Tik-Tok”a marağı varsa, deməli həmin toplumda azadlıqlar, iqtisadi həyat, insanların özünü təsdiqləməsinə dair problemlər mövcuddur:

“Medianın bir neçə növü var. Cəmiyyətin maraqlarını nəzərə alan mediadan söhbət gedirsə, burada peşəkarlıq önəmlidir. İnsanlar bunun fərqində olmasalar belə, peşəkar media həyatda onların əlindən tutur, faydalı olur, bilgiləndirir.

Medianın xəbər siyasətində 4 istiqamət var. Bu istiqamətlərdən biri cəmiyyətin və dövlətin istəyidir. Cəmiyyətin xeyli hissəsi, xüsusilə siyasi və ciddi proseslərlə maraqlanmayanlar “Tik-Tok mediasına” üstünlük verir. 

Ona görə “Tik-Tok” müəyyən tələbləri ödəyir. Məsələn, “pişik siçan balaları dünyaya gətirdi” kimi qeyri-adi xəbəri 2 cür işləmək olar: 1. “Tik-Tok” kimi, yəni əyləncə olaraq. 2. Bu durumun nəyin nəticəsi olduğu araşdırıla bilər. Məsələn, ekologiyamızda hansı proseslər gedir ki, anomaliya yaşanır? 

Mövzuya ciddi yanaşırıqsa, mediadır. Əyləncə olaraq yanaşma olduqda isə əhalinin sosial hissəsinin xəbər ehtiyacı ödənir”.İnsanların “Tik-Tok”a meyli, aşırı siyasi bilgilərin ön plana çıxmasından və.s müxtəlif səbəblərdən ola bilər:

“Xəbərləmələrimizdə hansı ciddi, köklü və radikal nöqsanlar var ki, insanlar “Tik-Tok”a meyillənir?” sualının da cavabını söyləməlidir. Çünki “Tik-Tok” nəticədir, səbəb yox. İnsanlar hansı səbəblərdən bu platformaya meyillənir?. Bu sualın üzərində dayanmaq lazımdır”.

Son dövrlərdə “Tik-Tok”-da fenomenə çevrilən Ləman Vəliyeva adlı şəxs ağızını qoyub Allah yoluna. Tərbiyyəsizliyindən və mədəniyyətsizliyindən əl çəkməyən bu “qadın” hər gün canlı yayım açaraq, insanları alçaldır və ağızına gələn söyüşləri danışır. 

Hətta birazda irəli gedərək, Azərbaycan kişisini təhqir edərək, alçaldıcı sözlər deyir. Milli-mənəvi dəyərlərimizə hörmətsizlik edən bu “zat” xalqı dəfələrlə təhqir edərək, şəhid ailələrinə belə dil uzatmaqdan belə çəkinmir. 

Belə insanların qanun qarşısında cavab verməməsi gələcəkdə böyük faciələrə səbəb ola bilər. Meydanı boş görən bu cür ağzıgöyçəklər hər gün birazda irəli gedərək, hüquq-mühafizə orqanlarının fəaliyyətini kölgə altına almağa çalışır.

Hətta bir müddət öncə polis orqanları tərəfindən xəbərdarlıq almasına baxmayaraq, yenə də öz “fəaliyyətini” davam etdirən Ləman Vəliyeva onun bərkgedən “krişasının” olduğunu yaxın çevrəsinə bildirib. 

Görünən odur ki, Ləmanın arxası yaman güclüdür və dalı möhkəm yerə bağlıdır. Bizə gözləmək, DİN-ə isə Ləmanı cəzalandırmaq düşər. İnanırıq ki, Ləmanın arxasında duran “gizli əl” bu səfər onun layiqli cavab almasına mane olmayacaq.
скачать dle 12.1