Bia.Az

Manqurtlar vadisi

Cəmiyyət
 3-09-2023, 01:55     620

Xaricdə yaşayan həmvətənimiz, rəssam Gündüz Ağayevin isti-isti çəkdiyi, soyumadan paylaşdığı karikaturaya gələn qızmar, qaynar reaksiyalar göstərdi ki, bu məsələ həm çox aktualdır, həm də ictimaiyyətin həssas nöqtəsidir.

Aktual olan məsələ “manqurtluq məsələsi”dir. Bu yazını oxuyanlar arasında məşhur qırğız yazıçısı Çingiz Aytmatovun məşhur romanındakı daha məşhur rəvayəti bilməyənlər çətin tapılar. Yadellilət əsir düşmüş döyüşçü Yolomanın başına elə bir oyun açırlar ki, millətini, anasını tanımaz olur və ona ox atır.
Olduqca yersiz, haqsız-ədalətsiz karikaturasıyla Gündüz özünün Yolomana döndərilmiş olduğunu göstərdi. Bu, məhz manqurtluq idi, onun karikaturasının “oxu” öz ana vətəninə tuşlanmışdı.
Heç kim bilməsə də, bütün xalqımız bilir ki, Ermənistanla münaqişə-müharibə məsələsində bütün parametrlər üzrə haqlı olan tərəf Azərbaycandır. Münaqişəni biz yox, ermənilər başlayıb. Onlar bizə qarşı üsyan bayrağı açıblar. Ortaya qanı separatçı haylar salıblar. Yaşayış məntəqələrinə ilk hücumları ermənilər təşkil ediblər. Kütləvi qırğınıları azı 7 yaşayış məntəqəsində erməni hərbçilər törədib. Ləğv olunmuş DQMV-yə daxil olmayan 7 rayonumuzu işğal edib, 28 il işğal altında saxlayıb, talayıb, yandırıb, Yer üzündən siliblər. 700 mindən artıq soydaşımızı qaçqın-köçkünə onlar döndərib. Ermənilərin bizə etdikləri pislikləri saymaqla qurtarmaz. Bu təcavüzkar müharibənin zərərçəkəni bizik. Ancaq necə olursa, hələ də bizi haqsız sayanlar var və ən pisi, öz həmvətənlərimizin bir qismi də bu fikri bölüşür.
Başqa millətdən olub erməniyə qahmar çıxanları başa düşmək olur, bəziləri məlumatsızlıqdan, bəziləri də sırf merkantil maraqlarına dayanan üzgörənlikdən onların tərəfini tutur. Haqq-ədalət belələrinin vecinə deyil, təki onların azarkeşlik etdiyi etnik qrup üstünlük qazansın, qalib gəlsin. Burada bir idman fanatizmi də var. Necə ki fanatiklər tərəfdarı olduqları komandanın hücumçusunun əliylə vurduğu qolun hesabına qazandığı qələbəni “halal” hesab edir, kütləvi şəkildə “yaxşı eləyib əliylə qol vurdu, əsas məsələ qələbə qazanmaqdır” deyə bilirlər, eləcə də müharibədə tərəfini tutduqları dövlətin soyqırımlar, hərbi cinayətlər törətmək hesabına qazandığı qələbəni qınamamay, “bu, ədalətli olmadı” deməyən dairələr, adamlar var.
Yerli manqurtların bu cür ədalətsiz mövqedə olanlara qoşulması bu üzdən insanlara pis gəlir və onlar bu hərəkəti xainlik, xəyanət hesab edirlər.
Tam dəqiq ifadədir. Bu, məhz xainlik və xəyanətdir. Bu, təkcə öz xalqına xəyanət etmək deyil, həm də haqq-ədalətə, bəşəri dəyərlərə xəyanətdir.
Onlar bunu içdən gələn inamlarına, hansısa dəyərlərə görə etmirlər, sırf pul-para qarşılığında edirlər. Bu da satqınlıqdır. Burada hətta daha ağır ifadələr işlətmək olar. Pul qarşılığında beynini, istedadını satmaq və onu alanın bu ticarətin sənin doğma xalqının əleyhinə istifadə ediləcəyini bilə-bilə bu alverə getmək dünyanın ən pis, ən iyrənc fahişəliyidir.
Bir də ona baxaq ki, belə manqurtlar, satqınlar ermənilərdə də varmı. Çox adam deyəcək, yox, onlarda yoxdur. Bu da yanlış fikirdir. Ermənilər pul qarşılığında istənilən dövlətə (o cümlədən bizə) casusluq edir, hərbi sirləri satırlar, amma onlar heç vaxt bizimkilər kimi publik şəkildə öz xalqlarının əleyhinə çıxışlar etmirlər, anlayırlar ki, bircə dəfə bellərinə “vətən xaini” damğası vurulsa, ömür boyu ondan qurtula bilməyəcəklər.
Bizim vadinin manqurtları isə qorxmurlar. Qorxmadıqları o tərəfə dursun, zeytun yağı kimi üstə çıxmağa çalışır, özlərini “oynaşdan gəlib ər başı yaran ləçər”lər kimi aparırlar. Onların əlində belə bir bəhanə də var ki, Azərbaycan avtoritar rejim tərəfindən idarə olunur. Sanki bu, haqq verir ki, başqa dövlətlər gəlib bizim torpağımızı işğal etsinlər və ya bizi vassala, müstəmləkəyə çevirsinlər.
“Onlar bunu çörəklərinə görə edirlər” deyə xainliyi bir qədər yumşaq təqdim etmək, necəsə haqq qazandırmaq (ən azı “anlayışla yanaşmaq”) istəyənlər də var. Amma bir baxaq, görək, o adamlar özləri belə çörək yeyərlərmi? Yüzminlərlə adama bu cür “işbirliyi təklifi” edilsə, hamısı dərhal imtina edər, hətta təklif verəni təhqir edərlər. Fəqət bəziləri bu təklifə razılaşır və öz şəxsi mənafelərini vətənin, millətin, el-elatın, qohum-əqrəbanın mənafeyindən üstün tuturlar.
Ermənilər bizimlə adi, sadə düşmən deyillər, namus düşmənidirlər. Ortada soyqırım söhbəti var, onların əlində imkan olsa, soyumuzu qurudarlar. Ona görə də onlara işləyən, onların əlinə oynayan adamlara heç bir bəraət ola bilməz.
Manqurtluq edənlər özləri də anlamalıdırlar ki, müharibə vaxtı ermənilərin əlinə düşsələr, mülki və ya hərbçi olmalarından asılı olmayaraq, ən yaxşı halda güllələnəcəkdilər. Pis halda isə... Bax, onda onlar çətin ki ermənilərə dözümlü yanaşa, onlarla sülhdən danışa bilərdilər.
Xalid KAZIMLIскачать dle 12.1