Universitetlərə qəbul balları niyə aşağı düşüb? – AÇIQLAMA
Bu il ali təhsil müəssisələrinə qəbul imtahanı ötən illərdən kifayət qədər fərqlənir. I ixtisas qrupunda alt qruoların yaradılması həmçinin informatika fənninn daxil edilməsi öz təsirini göstərməli idi.
Bu barədə Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, əvvəlki illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) prosesslərin avtomatlaşdırılması ixtisasının keçid balı 600 balın üzərində idisə, bu dəyişikliklərdən sonra keçid balı 200-ə düşdü.
“Təbii ki bunlar aşağı nəticələrdir. Lakin bununla da ali təhsil müəssisələrinə qəbul plan yeri tam dolmayıb. Ən aşağı ballarla hətta IV ixtisas qrupuna belə 150 balla qəbul olmaq mümkün oldu. Bu ali təhsilin əlçatanlığına xidmət etsə belə, biz ən aşağı ballarla tələbə qəbulunu həyata keçirmiş olduq. Bu gələcək üçün müəyyən problemlər yaradacaq. Çünki hazırda aşağı ballarla strateji ixtisaslara mütəxəssis qəbulu həyata keçirildi. 150 balla ali təhsil almağın mümkünlüyü gələcəkdə həmin kadrların əmək bazarına daxil olmasında müəyyən qədər problem yaradacaq. Ümumilikdə bu il ali məktəblərə fantastik göstərici ilə 50 mindən çox abituriyent qəbul oldu. Amma bundan sonra ali məktəblərin üzərinə böyük yük düşür. Hesab edirəm ki, aşağı balla universitetlərə qəbul təhsilin keyfiyyətinə müəyyən qədər mənfi təsir göstərəcək”, – deyə ekspert əlavə edib.Xatırladaq ki, ötən gün bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb