Bia.Az

Dövlət Xidmətindən sosial şəbəkə istifadəçilərinə CİDDİ XƏBƏRDARLIQ - VİDEO

Cəmiyyət
 25-08-2023, 11:38     292

Sosial şəbəkə istifadəçilərinə qarşı kiber hücumların sayı artıb.

Musavat.com xezerxeber.az-a istinadən xəbər verir ki, son dövrlər vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları artıb.

Kiber hücumlar daha çox şifrələri zəif və yaxşı qorunmayan hesab sahiblərinə qarşı edilir. Kibercinayətkarlar bununla insanların şəxsi məlumatlarını oğurlayaraq beynəlxalq daşıyıcılara ötürür. Profil sahibinə aid şəxsi məlumatlar müxtəlif cinayət, şantaj və dələduzluq əməllərində istifadə olunur və həmin şəxsi cinayət əməlinə ortaq edir.

Mövzuya münasibət bildirən Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə tövsiyə edir ki, vətəndaşlar rəqəmsal təhlükəsizliklərini təmin etmək üçün sosial şəbəkə hesablarında ikimərhələli təsdiqləməni aktiv etsinlər.

Hesabı ələ keçirilən şəxslər isə təcili hüquq - mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət etməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Musavat.com скачать dle 12.1