Bia.Az

Separatçılar ordumuzla təmas xəttinin cəmi 4 km-liyində Ağdam yolunu bloklayıb... - FOTOFAKT

Cəmiyyət
 24-08-2023, 11:40     250

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolu Əsgəran qəsəbəsi yaxınlığında beton plitələrlə bağlı olaraq qalır.

DİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, bu haqda Putinin milyarder “desant”ı Ruben Vardanyanın təsisçisi və lideri olduğu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qanunsuz “artsax təhlükəsizlik və inkişaf cəbhəsi”nin nümayəndəsi Arşak Abramyan “Kavkazskiy uzel” nəşrinin müxbirinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, hayk fəallar Ağdamdan keçən yolu bağlamaqda davam edir, onun ərzaq və s. daşınmalar üçün istifadəsinə qarşı çıxır və Laçın dəhlizinin açılmasını tələb edirlər. Xankəndindəki qondarma “inqilab partiyası” da hesab edir ki, Qarabağdakı hayklar baş separatçı Araikin Ağdam yolundan istifadəyə razılaşmasına imkan verməməlidirlər.

Separatçılar ordumuzla təmas xəttinin cəmi 4 km-liyində Ağdam yolunu bloklayıb...

“Artsax təhlükəsizlik və inkişaf cəbhəsi”nin nümayəndəsi Arşak Abramyan belə deyib:
“Mövqeyimiz dəyişməz olaraq qalır, Ağdama gedən yol isə beton bloklarla bağlanıb. Fəallar aksiyanın keçirildiyi yerdə daimi olmasalar da, quraşdırılmış beton bloklar götürülməyib və Ağdama gedən yol bağlı saxlanılır.”

Xəbərdə xatırladılır ki, iyulun 18-də R.Vardanyanın lideri olduğu “artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” nümayəndələri Əsgəran-Ağdam yolunu həmin marşrutla humanitar daşınmaların qarşısını almaq üçün beton bloklarla bağlayıblar. Magistral yolu bağlayan fəallara sonradan guya “sadə sakinlər də qoşulub”.

“Yandex.Maps” xidmətinin məlumatına görə, fəalların Əsgəranın girişində beton bloklarla yolu bağladığı məkan Azərbaycan ordusuyla Qarabağdakı qanunsuz hayk silahlı birləşmələrinin təmas xəttinin təxminən 4 kilometrliyində yerləşir. Əsgəran qəsəbəsindən Ağdama qədər olan məsafə isə cəmi 8,5 kilometrdir...

Separatçı rejimin bir ilə yaxındır ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən keçmiş “dövlət naziri” Ruben Vardanyan qeyd edib ki, Ağdamdan Xankəndinə daşımaların mümkünlüyü ilə bağlı bəyanatlar Azərbaycanın maraqlarına uyğun səslənir..

Xatırladaq ki, dünən – avqustun 23-ü səhər saatlarında Ermənistanın aparıcı saytlarında guya baş separatçı Arayik Arutyunyanın Xankəndində qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul etməsini bildirməsi haqda xəbərlər yayıldı. Lakin günorta saatlarında A. Arutyunyanın mətbuat katibi baş separatçının Ağdam yolunda ticarətlə bağlı qərar qəbul edildiyi haqda məlumat verməsi xəbərini təkzib etdi, lakin bu mövzuda müzakirələrin davam etdiyini bildirdi.
скачать dle 12.1