Bia.Az

Haqsızlıqla üz-üzə qalan tanınmış jurnalist OD PÜSKÜRDÜ - "Bu nə ölkə imiş, ya rəbb?!"

Cəmiyyət
 21-08-2023, 09:59     290

Haqqında ağır maddələrlə cinayət işi açılmış Qubada yaşayan tanınmış jurnalist Cəmil Məmmədli üzləşdiyi haqsızlığa etiraz edib. DİA.AZ bildirir ki, artıq çarəsiz kimi görünən Cəmil Məmmədli dövlət adına çıxış edən qurumların hansısa dairələrin sifarişi ilə hərəkt etdiyinə eyham edərək aşağıdakı iddiaları səsləndirir:

"Deməli, azı 50 fakt bilirəm ki, insanları aldadıb, külli miqdarda pulunu ələ keçirib, aradan çıxan, "sübut olmadığı üçün" heç təqsirləndirilməyən, ümumiyyətlə heç kəsin vecinə olmayan olaylar, adamlar var.
Durduğum yerdə küçədən adamları gətirib, özləri də öz vicdanları ilə (əgər varsa) yalan olduğunu bilə-bilə əleyhimə ifadələr təşkil edib, məni təqsirləndirirlər...
Nə dinə bilirəm, nə danışa bilirəm.
Utanmadan da vəkil prokurora pıçıldayırdı ki, qəti imkan tədbirini dəyişmək lazımdır ki, həbsə girsin.
İnsanın mənəviyyatı nə qədər xarab olmalıdır ki, yalan olduğunu bilə-bilə, kiminsə günahsız həbsini arzulasın, tələb etsin?
Nə ölkə imiş, ya rəbb?!
Allah zalimə lənət eləsin..."

Qeyd edək ki, Cəmil Məmmədli ötən il dekabrın 15-də rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlətmək, vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmək, ona əl və ayaqla xəsarətlər yetirmək və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
скачать dle 12.1