Bia.Az

DİN: “Orxan Zeynalovun saxlanılması nəzərdə tutulmur” – Yenilənib

Cəmiyyət
 14-08-2023, 13:50     204

“Kuriyerlik fəaliyyəti ilə məşğul olan Zeynalov Orxan barəsində polis əməkdaşları tərəfindən hər hansı əməliyyat tədbiri keçirilməsi ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb, bu iddialar yalandır”.

BİA.az  xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı deyib.
O bildirib ki, yazılanlar şəxsi mülahizələrdir:

“O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır. Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb”.

***13:40

“Bir neçə gün öncə icraya çağırıldım. 2012-ci ildə olan bank borcumu bərpa ediblər. 3000 AZN-i 10 günə verməsəm, həbs olunacağımı dedilər”.

Yeniavaz.com xəbər verir ki, bunu İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının (İşçi Masası) üzvü Orxan Zeynalov özünün sosial şəbəkə hesabında yazıb.

O. Zeynalov iddia edir ki, avqustun 1-də Bakıda baş tutan kuryerlərin etiraz aksiyasından sonra, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbs olunan sədri Afiəddin Məmmədovu müdafiə edən statuslar yazdığına görə onu həbs eləmək məqsədilə təqib edirlər.
O bildirib ki, ötən gün – avqustun 12-də polis əməkdaşları tərəfindən təqib edildiyi üçün hazırda dostunun evində gizlənir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov avqustun 1-də, üzv olan Ayxan İsrafilov isə avqustun 11-də saxlanılıblar.

Məhkəmə qərarıyla A. Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe oımama) maddələrilə cəzalandırılıb.

Ayxan İsrafilov barəsində isə Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay həbs qəti-imkan tədbiri seçilib.

Afiəddin Məmmədov saxlandığı gün – avqustun 1-də bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz edib.скачать dle 12.1