Bia.Az

Dərslər bu tarixdə başlayacaq - Rəsmi

Cəmiyyət
 8-08-2023, 21:00     240

Dərslərin sentyabrın 1-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

Elm və Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - deyə məlumatda qeyd olunub.скачать dle 12.1