Bia.Az

İntihar edən qazinin səs yazısı yayıldı: “Qollarımı bağlayıb işgəncə verirlər”

Cəmiyyət
 24-07-2023, 19:21     266

Jurnalist Nurlan Libre iyulun 22-də intihar edən Qarabağ qazisi Nizaməddin İbadovun ona göndərdiyi səs yazısını paylaşıb.Niyaməddin İbadov müalicə aldığı xəstəxanada işgəncəyə məruz qaldığını söyləyib, başına gələnlərin ictimailəşməsi üçün jurnalisti görüşə çağırıb. “Mənə işgəncə veriblər. Atamı ümumiyyətlə içəri buraxmırdılar. Atamla görüşdürəndə əlimi açırdılar, 2-3 dəqiqəlik, danışırdım, görüşürdüm, sonra təzədən yuxarı qalxan kimi əlimi bağlayırdılar. Yəni atam da görməyib. Mənimlə birlikdə 4-5 nəfərin əli-ayağını bağlamışdılar… Ondan əlavə, 15 il, 8 il yatanlar var orada. Yalan yerdən yatızdırırlar.Orada Nazim var idi, qaziləri söydü, bütün qazilərə qarşı ağır təhqir sözləri deyirdi. Ona görə onu söydüm, sonra da vurdum. Bundan sonra təzədən məni bağladılar. Nazim qaziləri təhqir edirdi. Qaziləri təhqir edəndə də elə bil ki, şahidləri təhqir edirsən də”.Qazinin bu sözləri deməsindən bir gün sonra isə onun intihar xəbəri yayılıb.


скачать dle 12.1