Elşad Hacıyev jurnalistləri təbrik etdi

DİN mətbuat xidmətinin müvəqqəti rəisi vəzifəsini icra edən polis polkovnik-leytnant Elşad Hacyev 22 iyul Milli Mətbuat günü münasibətilə özünün Facebook səhifəsində mətbuat işçilərini təbrik edib. Təbrikdə deyilir:
“Əziz və hörmətli media nümayəndələri!
Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimizi çatdırırıq.
Ötən 148 ildə şərəfli bir yol keçən milli mediamız daim müasirləşərək təkmilləşmiş, Azərbaycan jurnalistləri öz mühüm funksiyalarını hər zaman peşəkarlıqla həyata keçirmiş və bu gün də səmərəli fəaliyyəti ilə fərqlənirlər.
Fədakar və çox gərəkli əməyinizin dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilməsi isə bütövlükdə jurnalist fəaliyyətinə verilən ali dəyərin ifadəsi olaraq xüsusi qeyd edilməlidir.
Bu əlamətdar gündə daim inkişaf edən işgüzar münasibətlərimizi də böyük məmnunluqla vurğulayaraq hər birinizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayırıq.”