Bia.Az

SON DƏQİQƏ! Bakıdan Naxçıvana uçuşlar təxirə salındı

Cəmiyyət
 23-06-2023, 00:21     458

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.
Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumatda deyilir.
AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edirскачать dle 12.1