Bia.Az

Azərbaycandan İrana uçuşlar dayandırılıb? - Açıqlama

Cəmiyyət
 5-06-2023, 01:24     232

Bakıdan Tehrana həyata keçirilən uçuşların ləğv edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.

"İrana uçuşlar adi qaydada həyata keçirilir", - deyə aeroportdan bildiriblər.

Qeyd edək ki, İran XİN-ə yaxınlığı ilə tanınan "Mizan" informasiya agentliyi Azərbaycandan İrana bütün aviareyslərin bu gündən ləğv edildiyi, hətta AZAL-ın bilet alan sərnişinlərə biletini qaytarmaq üçün müraciət etdiyi haqda məlumat yaymışdı.скачать dle 12.1