Bia.Az

"Orbita" MTK şirkəti Bakı əhalisinə zülm edir - PREZİDENTƏ ŞİKAYƏT

Cəmiyyət
 3-06-2023, 15:02     365

Sakinlər Prezidentə şikayət ediblər


Xeyli vaxtdır Bakı şəhəri böyük tikinti meydançasını xatırladır. Paytaxtda müasir arxitekturaya uyğun yeni binaların tikilməsi şəhərin gözəlləşməsini və insanların rahatlığını təmin edir.


Lakin elə mənzil tikinti şirkətləri də var ki, onun rəhbəri üçün şəhərin planı, arxtekturası önəmli deyil. Əsas qaz vurub qazan dodurmaqdır. Təki çoxlu qazanc əldə olunsun.


Məsələn, "Orbita” MTK belə çoxsaylı şirkətlərdən biridir. Adəti üzrə şirkətin tikdiyi mənzillərdə tikinti normalarına əməl olunmur. Bir mənzil bir neçə adama satılır, dələduzluq, aldatma, mənimsəmə halları şirkətin fəaliyyətində əsas faktora çevrilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradılandan sonra bu cür fırıldaqçı tikinti şirkətlərinin sayı xeyli azalıb. Komitə tikinti şirkətlərinə qarşı ciddi və ədalətli tələblər qoyub.


Amma bu cür ciddi və ədalətli tələblərə "Orbita” MTK-nın rəhbəri Famil Bağıyev məhəl qoymur və köhnə qaydalarla işləməyə üstünlük verir. 


Bir qrup şəxs tərəfindən ölkə prezidentinə ünvanlanmış müraciətdə şirkətdə hökm sürən ciddi qanunsuzluq hallarından bəhs olunur. Həmin müraciətin bir nüsxəsi də redaksiyamıza daxil olub. Şikayət materialında "Orbita" MTK şirkət rəhbərliyinin vətəndaşlara vurduğu böyük ziyandan bəhs olunur.


Redaksiyaya daxil olan müraciəti oxuculara təqdim edirik:


"Çox hörmətli cənab Prezident!

İşinizin çox gərgin olduğu bir dövrdə "Orbita" MTK şirkəti bizi Sizə müraciət etməyə məcbur edib. İşğaldan azad olunmuş torpaqlarımızın bərpası ilə ciddi məşğul olduğunuz hər kəs kimi bizi də sevindirir. Bu işdə Sizə uğur arzu edirik. Belə məsul bir dövrdə "Orbita" MTK şirkəti biz sakinləri son ümid yeri kimi Sizə müraciət etmək zorunda qoyub. Bir neçə ildir yaşadığımız 2 mərtəbəli köhnə tikili binanın yanında "Orbita" MTK tərəfindən hündürmərtəbəli binalar tikilir. Əvvəlcədən onu bildirək ki, özlərini iş adamı kimi təqdim edən bu adamlar heç bir tikinti norma və qaydalarına riayət etmədən, yaşadığımız ərazidə tikinti işinə başlamışlar. Onlar biz sakinlərin həyatını təhlükə ilə üzləşdirməklə yanaşı, istirahətimizi və dincliyimizi əlimizdən alıblar. Ərazidə ətraf mühiti və ekoloji tarazlığı məhv edərək, məhəlləni tikintinin toz-torpağı, zibillərilə doldurublar, əhalinin gediş-gəliş yoluna çirkab suları axıdaraq, ərazidə təhkükəli gölməçələr yaradıblar. Tikinti qırıntılarını göydən başımıza tökməklə həyatımıza ciddi təhlükə  yaradıblar, tikintidə işlətdikləri texnikanın səsindən evlərdə oturmaq mümkün deyil.
Vaxtı ilə Nizami rayon İcra hakimiyyətinin başçısı olmuş Arif Qasımov və Bakı ŞİH-nin sabiq başçısı H. Abutalıbov sakinlərin razılığı olmadan, evimizin ətrafında qanunsuz tikinti meydançası yaradıblar. Tikintidə təhlükəsizlik qaydasına əməl etməyi bacarmayan "Orbita" MTK şirkətinin ərazidə qanunsuz tikinti aparmasına icazə veriblər.
Tikintinin aparılması barədə verilmiş sərəncamlar Bakı şəhərində tikinti aparılmasına dair normalara uyğun deyil və buna görə, sərəncamın maddi maraq əsasında verildiyi aydın şəkildə hiss olunur.

Hörmətli cənab Prezident!

"Orbita" MTK rəhbərliyinin özbaşna və qanunsuz hərəkətləri barədə dəflərlə aidiyyatı üzrə müraciətlər etsək də, bu müraciətlərin müsbət nəticəsi olmayıb. Müraciətimizə baxmayaraq, tikinti işləri, hətta gecə saatlarında da aparılır. Aclnacaqlı haldır ki, məhlədə olan çoxsaylı Eldar şamlarını gecələr kəsib aparıblar. Müraciət etsək də, Ekologiya və Təbii Sərvətlər nazirliyi tədbir görmək əvəzinə susur və hiss olunur ki, nazirliyi susdurublar...

Hörmətli cənab Prezident!

Sizin şəxsi göstərişinizlə yaşayış məhəllələrində hündürmərtəbəli binaların tikintisi qadağan olunsa da, hazırda bu göstərişə əməl olunmur. Məhəllədə hava axınının dövriyyəsini təmin edən, ərazidə yaşayan vətəndaşların şəxsi avtomobillərini saxlandığı və uşaqlar üçün oyun meydançasının yerində hündürmərtəbəli binaların tikintisini qadağan etsəniz də, "Orbita" MTK bu qadağaya məhəl qoymur. "Orbita" MTK-nın rəhbərliyi, başda Famil Qambay oğlu Bağıyev olmaqla, ümumiyyətlə, sakinlərin yaşayış hüququnu pozurlar.
Tkintidə istifadə olunan ağır texnikanın silkələməsindən mənzillərimizin divarlarında böyük çatlar əmələ gəlmiş və evlər tam yararsız hala düşmüşdür.
Belə halda Bakıda kiçik bir zəlzələ silkələnməsi baş verərsə, bu binalarda yaşayan bütün ailələr üçün böyük ailə faciəsi baş verməsi təhlükəsi realdır. Əgər hər hansı faciəvi hadisə baş verərərsə, təbii olaraq faciənin bütün məsuliyyəti yerli və mərkəzi icra hakimiyyəti rəhbərlərinin üzərinə düşəcəkdir.

Hörmətli cənab Prezident!

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Respublika Şəhərsalma və Arxitektura Komitəsi "Orbita" MTK rəhbərliyinə dəflərlə bildirib ki, sakinlərin tam köçürülməsi təmin edilmədən, hər hansı söküntü işinin aparılması təhlükəsizlik və tikinti qaydalarına ziddir!
Lakin belə bir göstəriş olsa da, Famil Bağıyev arxasında duran yüksək vəzifəli məmurlara və puluna güvənərək, Azərbaycan qanunlarını tanımır və şikayətçilərə həqarət etməkdən belə çəkinmir.

Cənab Prezident!

Sizdən xahiş edirik, yuxarıda qeyd etdiyimiz halları nəzərə alaraq, göstəriş verəsiniz, "Orbita" MTK şirkəti ya sakinlərin təhlükəsizliyini tam təmin etmək üçün köçürsün, ya da dərhal qanunsuz tikinti işini dayandırsın, "Orbita" MTK-nın qanunsuz fəaliyyəti araşdırılsın və qanuni tədbir görülsün”!


  Sakinlərin imzaları


         *********
Müraciətlə bağlı ərazidə yaşayan sakinlərin şikayətlərindən qeydlər;
"Orbita" MTK razılaşma olmadan binada söküntü işi yerinə yetirərək, insanları dövlətə qarşı qaldırır. Məsələn, müəllimə  Kifayət Məmmədova " razılaşma olmadan yaşadıqları binanın  "Orbita MTK” şirkəti tərəfindən söküldüyünü deyir:
"Bizim bu ərazidə 16 ədəd 2 mərtəbəli bina var idi. Bakı şəhər İcra Hakimiyyəti 2014-cu il 15 aprel 161 saylı sərəncamla bu ərazini "Orbita MTK”-ya icarəyə verib. O zaman Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov idi. Həmin sərəncamın 1.1-ci bəndində göstərilir ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən, "Orbita MTK” tərəfindən həll edilsin. Burada söhbət nominal pul dəyərinin ödənilməsindən gedir. Dəfələrlə bizdən əvvəl şikayətçi olan qonşuların məhkəməsində iştirak etmişəm. Vəkildən bu sualı verməyi xahiş etmişik ki, hakim cavablandırsın. Hakim də bildirib ki, sərəncamda yazılan o deməkdir ki, şirkət vətəndaşa hər kvadratmetrə görə vəsait ödəməlidir. Yəni 2014-cü ildə 2 mərtəbəli binanın birini söküb yerində 16 mərtəbəli bina tikilib. Müqaviləyə görə, bu ərazidə 16 ədəd 16 mərtəbəli bina tikilməlidir. Artıq 4 ədəd 2 mərtəbəli bina sökülüb, bizim bina 5-ci binadır. Bizim binada 14 qonşu yaşayırdı. Artıq onlardan 13 ailə köçürülüb. Kimisi pul, kimisi ev alıb, müqavilə bağlayıb gediblər. Amma "Orbita MTK”-nın sədri Famil Bağıyev bizə söz vermişdi ki, vəsait ödəniləcək. Təəssüf ki, bu günə qədər məsələ həllini tapmayıb".
K. Məmmədova 7 il əvvəl ölkə başçısına müraciət etdiklərini də bildirib: "2014-ci ilin 20 oktyabrda biz bu məsələ ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət etdik. Prezident Adminstrasiyasından Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq verildi. 06 noyabr 2014-cü ildə Bakı şəhər İcra Hakimiyyəti başçısınpn müavini rəsmi imzaladığı "KL751” nömrəli məktubu ilə bizə cavab göndərdi. Cavabda qeyd olunmuşdu ki, bizim tələbimiz doğrudur və sərəncamın 1.1 bəndində göstərildiyi kimi, köçürülmə üçün bizə vəsait ödənilməlidir. Ancaq ondan sonra köçürülmə həyata keçirilməlidir. Amma çox təəssüflər olsun ki, "Orbita MTK” biz binada yaşaya-yaşaya digər mənzillərin pəncərələrini, qapılarını sökdülər. Binanın damı uçurulub. Bina hər tərəfdən hasara alınıb. Amma biz burda yaşayırıqsa, şirkətin bu binadan bir daş sökməyə belə haqqı yoxdur. "Orbita MTK” isə prosedur qaydalarına əməl etmir, bizimlə müqavilə bağlamadan, razılaşmadan, binanı sökür. Yaşayış olan binanı şirkət yararsız hala salıb. Bizim evin təmiri normaldır, döşəməsi parketdir, bir sözlə, səliqəlidir, iki otaqlı evdir. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu layihə dövlətin deyil, yəni pilot layihə deyil. "Orbita MTK”-nın özünün aldığı layihədir. Pilot layihələr Nazirlər Kabinetinin 2019-cı ilin 17 dekabr tarixli 482 nömrəli qərarı ilə dayandırılıb. Baş nazirin qərarı ilə Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarında dövlət tərəfindən icra olunan pilot layihələr dayandırılıb. "Orbita MTK” artıq bu ərazidə 4 binanın tikintisini başa çatdırıb. 5-ci binanın tikintisi isə başa çatmaq üzrədir. Bizim yaşadığımız binanın yerində isə 6-ci binanı tikmək istəyirlər. Şirkət bu ərazidə ümumi olaraq 16 bina tikməyi planlaşdırır. "Ən bərbad tikinti şirkəti" layihəsi üzrə araşdırmanpn "qalibi” də rəhbəri Famil Bağıyev olan "Orbita” MTK şirkəti oldu.
Ümid edirik ki, bundan sonra aidiyyatı qurumlar belə şirkətləri ciddi nəzarətə götürəcək, fəaliyyətlərinə hüquqi qiymət verəcəklər.

P. S. Yazı media üzərindən aparılmış araşdırmanın məhsuludur.
P. P. S. Qarşı tərəfi dinləməyə hazırıq




скачать dle 12.1