Ağbirçək narkoman nənə: "Ərim məni döyə-döyə narkoman etdi" - VİDEO

“Həyat yoldaşım məni döyüb, narkotikdən istifadəyə məcbur edirdi”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində həyat hekayəsini danışan Zəhra adlı qadın deyib. Hazırda küçələrdə yaşadığını söyləyən qadının sözlərinə görə, 3 il əvvəl vəfat edən həyat yoldaşı həm narkotik, həm də spirtli içki aludəçisi olub: “Qızıllarımı, valideynlərimdən qalan mirasımı satıb, narkotikə verirdi. Sonra da qaraciyər sirrozu oldu”.
O iddia edir ki, yaşadığı məhəllədəki narkotik istifadəçiləri tərəfindən döyülərək pulu əlindən alınır.
Səhhətində problemlər olan qadın sığınacağa yerləşdirilməyə razı olduqdan sonra onun vəziyyəti ilə əlaqədar Sosial Xidmətlər Agentliyinə müraciət olunub.