Bia.Az

FHN-də şöbə rəisi olmaq istəyən Leyla Zamanovanın qohumları yüksək vəzifələr tutur

Cəmiyyət
 2-06-2023, 16:36     305

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin maliyyə şöbəsinin rəisi Anar Ələkbərov vəzifəsindən azad olunduqdan sonra bu vəzifəyə iddialı olanlardan biri də Leyla Zamanovadır. Leyla xanım hazırda şöbə rəisinin baş köməkçisi vəzifəsində çalışır.

Həmçinin məlum olub ki, Leyla Zamanovanın bacısı Zamanova Rəna Özbəyi qızı da FHN-də yüksək vəzifədə çalışır. Rəna Zamanova həm də “RR 108” MMC-nin sahibidir. Onun idarə etdiyi avtomobil də RR dövlət nömrə nişanı ilə başlayır.



Bundan başqa Rəna Zamanovanın qaynı polkovnik Əfrasib Aşurbəyov (Mustafayev) hazırda FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində şöbə rəisi vəzifəsini tutur.Rəna Zamanovanın böyük qaynı Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarə rəisinin birinci müavini vəzifəsində çalışan Mübariz Mustafayevdir.

Mübariz Mustafayev də gömrükdə maddi imkanları yüksək olan vəzifəli şəxs kimi tanınır. Onun kiçik oğlu Fərid Mustafayev də gömrükdə vəzifə tutur.(Qaynarinfo)
скачать dle 12.1